آذربايجان ميللي حرکتي و اونو يايين و باسين اويونونا اويونجاق ائتمک چابا و جهدلري

 

آذربايجان ميللي حرکتي تاريخ آخاريندا ايره‌لي گئتديکجه اونون قاباغينا داش آتما چابالاري، ايستر فارس ايستعمارچي محفللرينه باغلي اولان يايين و باسين اورقانلاري، کاناللاري و ايسترسه ده فارس ايستعمار گوجلري نين اصطلاحًا ساغ و سولو واسيطه‌لري ايله حياتا کئچمه‌ده و حياتا کئچه‌جکدير. بو اويونلار ايستر دوشمنلر و ايسترسه ده دوشمن خيدمتينده اولان گوجلر واسيطه‌سي ايله حياتا کئچديگي اوچون بو مسئله‌دن چوخ دا ناراحات اولماغا احتياج گؤرونمز. بو آرادا ائديله‌جک ايش قان سويوقلوق ايله آذربايجان ميللي حرکتيني کؤلگه‌ده بوراقمادان (آذربايجان ميللي حرکتي يايين و باسين ساواشي نين کؤلگه‌سينده ساخلامادان) ايتتيهام اولونموش يايين و باسين اورقان منسوبلري يالنيز مسئله‌يه آچيقليق گتيرمک ايله وورولموش ايتتيهاملارين و اخلاقسيزليقلارين اوزريندن سيوريشه‌رک دوشمنلرين قوردوقلاري توزاق و تله‌يه دوشممه‌لي ديرلر. دئمک آذربايجان ميلتي نين دوشمنلري خالق ايجتيماعيتي آراسيندا يايين و باسين ساواشي ايزله‌نيمي ياراتماق ايله آذربايجان ميللي حرکتيني و اونون ايستکلريني سياست باخيميندان کؤلگه‌ده بوراقماق ايسته‌ديکلرينه باخماياراق دوشمن نين بو اويناديقلاري اويونلارا گلممه‌لي یيک.

اوسته يازيلميش ايفاده‌لر آشاغيداکي تهمتلر نظره آليناراق يازيلميش:

تابناک (محسن رضايي)، دؤولت- باکو و تورکيه به جان ايرانيان افتاده اند، 21.01.2013: : http://www.tabnak.ir/fa/news/299065

پئيک نئت (حزب توده ايران - فارس)، مدير تلويزيون گوناز: بزودي در ايران بهاري شبيه بهار عربي شروع ميشود، 22.01.2013: http://www.pyknet.net/1391/02bahman/03/page/35TV.php

 

 

ايشيق سؤنمز، 22.01.2013

 

 

 

Azərbaycan Milli Hərəkəti və onu yayın və basın oyununa oyuncaq etmək çaba və cəhdləri

 

Azərbaycan Milli Hərəkəti tarix axarında irəli getdikcə onun qabağına daş atma çabaları, istər Fars istemarçı məhfəllərinə bağlı olan yayın və basın orqanları, kanalları və istərsə də Fars istemar güclərinin istilahən sağ və solu vasitələri ilə həyata keçmədə və həyata keçəcəkdir. Bu oyunlar istər düşmənlər və istərsə də düşmən xidmətində olan güclər vasitəsi ilə həyata keçdiyi üçün bu mələdən çox da narahat olmağa ehtiyac görünməz. Bu arada ediləcək iş qan soyuqluq ilə Azərbaycan Milli hərəkətini kölgədə buraqmadan (Azərbaycan Milli hərəkəti yayın və basın savaşının kölgəsində saxlamadan) ittiham olunmuş yayın və basın orqan mənsublərı yalnız məsələyə açıqlıq gətirmək ilə vurulmuş ittihamların və əxlaqsızlıqların üzərindən sivrişərək düşmənlərin qurduqları tuzaq və tələyə düşməməlidirlər. Demək Azərbaycan Millətinin düşmənləri xalq ictimaiyyəti arasında yayın və basın savaşı izlənimi yaratmaq ilə Azərbaycan Milli hərəkətini və onun istəklərini siyasət baxımından kölgədə buraqmaq istədiklərinə baxmayaraq düşmənin bu oynadıqları oyunlara gəlməməliyik.

Üstə yazılmış ifadələr aşağıdaki töhmətlər nəzərə alınaraq yazılmış:

Tabnak (Mohsin Rizayi), Dövlət-i Baku və Türkiyə becan-i İraniyan oftadehənd, 21.01.2013: http://www.tabnak.ir/fa/news/299065

Peyknet (Hizb-i Tude-i İran-Fars), Mudir-i Televizyon Günaz: bezudi dar İran Bahari şəbih-i Bahar-i Ərabi şoru mişəvəd, 22.01.2013: http://www.pyknet.net/1391/02bahman/03/page/35TV.php

 

 

Işıq Sönməz, 22.01.2013