Ortaq Türk Dili Hanki Əsasda olmalıdır?
Məsələnin həlli diyə
rahat yola qaçmaq məsələni düzgün həll etmək deyil,
bu yanaşma özünü sevdirmək bəlkə də başqasının
tənbəlliyi üzündən onu sevindirmək və rahatlamaq sayılabilər.
Bu baxımdan Sabir Rüstəmxanlının Yeni Müsavat
Qazetindəki “Ortaq Türkçə” çıxışı
diqqət çəkicisayılar, oxuyuruq:
“ S.Rüstəmxanlı bildirib ki,
müasir dünyada türk dünyası bütün sahələrdə
birgə mübarizə aparmalıdır: “Hazırda ortaq
informasiya birliyinin olmaması türk dövlətlərində mövcud
problemlərin işıqlandırılmasına mane olur”[i].
Siyasət dünyasında birgə
əməkdaşlıq yoxsa ortaq maraqlar üzərə ortaq savaş
aparmaq məsələsi məmləkətlərin birgə
siyasi maraq dayirələrindən ortaya gələn isteratejik
ortaq maraqları sayılar. Tərs durumda bir yazıçı yoxsa
millətvəkili olaraq özünü dövlətlər yerinə qoymağa
çalışaraq fikir yeritməyə çalışmaq dövlətlər
arasında olan siyasi maraq dayirələrindən uzaq görünər
diyə düşünürəm. Elə ondan yana da Sabir Rüstəmxanlıya
nisbət verilmiş görüşləri siyasət dünyasına
uyqun hesab etmirəm. Məsələni açıqlığa qavışdırmaq
üçün Güney Ayərbaycan Milli Məsələsi göz önünə
alınmalıdır. Bilindiyi kimi Türkiyə ethnografik açıdan
bu gün iç siyasətində keçit bir dönəmi yaşayır. Bu
keçit dönəm Türkiyə hakimiyətçiliyinə etnik açıdan
öz içinə qapanmanı daha da əlverişli icab edir. Elə
ondan yana da Türkiyə Hakimiyəti və onun muxalifəti Güney
Azərbaycan Milli Məsələsi qarşısında seyrici
qalmanı Türkiyə Dövlətçilik siyasətlərinə daha
da uyqun hesab edirlər diyə düşünməliyik. Demək, Türkiyə
Hakimiyəti bu keçit dönəmi başarı ilə atlatacağı
günə dək Güney Azərbaycan Milli Məsələsi açısından
Türkiyə Hakimiyətindən hər hənki bir şeylər
ummaq Azərbaycan insanını şamsız qoyar diyə düşünməliyik.
Quyey Azərbaycan Cumhuriyətinə gəldikdə istər
hakimiyət və istərsə də onun muxalifəti bölgədəki
baş verəcək olayları göz önünə alaraq milli
məsələ açısından bölünmüş Azərbaycan
torpaqlarının qeydinə özgə və biganə qalmamalıdırlar
diyə düşünməliyik.
Üstəki məqamları göz önünə
aldıqda iki birbirlərindan ayrı maraq dayirəsi Türkiyə
və Azərbaycan Dövlətləri arasında höküm sürməkdədir.
Bu da Azərbaycan və Türkiyə siyasətçilərini daha da
duyarlı olmağa zorlayan məsələrdən biri diyə
nəzərə alınmalıdır. Demək, Türkiyə
hakimiyəti iç sorunlarını yoluna qoymadan və öz içərisində
barışı sağlayamadan Güney Azərbaycan Milli
Məsələsinə bugün kömək əlini uzadabilməz
diyə düşünməlik. Bu dediklərimizə baxmayaraq bölgədəki
gəlişmələr Türkiyə hakimiyətinin siyasətinin
eşiyində tamam sürət ilə gəlişər və Türkiyə
Hakimiyəti bu gəlişməni özü istədiyi kimi idarə
edəbilməzsə, bölgədə dəngəni qorumaq üçün
Azərbaycan Milli Məsələsinin yanında yer
alabiləcəyini də gözdən qaçırmamalıyıq. Bu
da siyasətin imkanlar içərisində axın etdiyi teoriyə
əsaslanan bir görüş sayılar. Sabir Rüstəmxanlıya
nisbət verilmiş görüşlərdə oxuyuruq: “ ...o, türkdilli
dövlətlərin, toplumların ortaq dilinin yaradılmasının
vacib olduğunu bildirib. Qeyd edək ki, türk dövlətlərinin
ortaq dilinin yaradılması təklifi illər boyu müzakirə
mövzusu olub. S.Rüstəmxanlı qəzetimizə açıqlamasında
bununla bağlı təkliflərdən söz açdı: “İllər
boyu bir mövqeyim olub. Bu da ondan ibarətdir ki, gözləməklə,
süni yolla ortaq bir dil yaranmaz. Tək bircə yol var…:
“Çox inkişaf etmiş, yazışma, ədəbiyyat
ənənələri olan Türkiyə türkcəsi ortaq dil
olaraq türkdilli ölkələrdə xarici dil olaraq öyrədilməklə
məsələnin həllinə başlana bilər. Müəyyən
vaxt keçəndən sonra bu dili bütün türk toplumları və ölkələrinin
vətəndaşları biləcəklər, bu dildə danışmaq
imkanları olacaq. Nəticədə türkdilli ölkələrin nümayəndələri
bir yerə yığışanda rus və ya başqa
dildən istifadə etməyə ehtiyacları olmayacaq. Belə
bir təcrübə yarandıqdan sonra mexaniki və təbii şəkildə
bütün türk dilli ölkələrdə danışıq
prosesində bir-birinə sözlər keçəcək. Nəticə
etibarı ilə müəyyən müddət keçəndən sonra
ünsiyyət dili zənginləşərək doğrudan da
ortaq dilə çevrilə biləcək. Mənim fikrimcə,
bundan optimal yol yoxdur“[ii].
Türkiyə Türkçəsinin
zənginliyini nəzərə alan zatlar
bu dilin Azərbaycan Türkçəsi qarşısında
fonoloji açısından yoxsulluğunu da nəzərə almalıdırlar.
Baxınız:
“ə
və e” yerinə “e”, “X və H”
yerinə “H”, “Q” və “K” yerinə
“K”, “Q” və “Ğ” hərfləri yerinə
“G” yazılması və sayirə...
Örnək olaraq:
qacırdamaq/qıcırdamaq yerinə gacırdamak;
qacur/ qucur/qıcır
yerinə gacur/gucur/gıcır.
qıdıqlamaq yerinə gıdıklamak.
qırtlaq yerinə gırtlak.
və ərəbcədən alınmış bütün “Ğ”
hərflərinin yerinə “G”.
“q və k”
hərflərinin yerinə “k” işlənməsi
və sayirə,
örnək olaraq:
Gafil : xəbərsiz.
Gaftet: diqqətsizlik.
Gaile: sıxıntı.
Galat: yanlış.
Ərəbcədən alınmış
kələmələrdə “Ğ” hərfinin yerinə
Azərbaycan Türkçəsində “Q” işlənər.
Məsələ belə olduqda bir xarici dil kimi öyrəniləcək
Türkçə nə üçün bu eyb və iradları aradan qaldıracaq
Azərbaycan Türkçəsi olmasın diyə düşünməkdə
və bu doğrultuda siyasət aparmaqda fayda var diyə düşünməliyik.
Beləliklə istər tarixi mətinlərə yönəlik yaxınlaşmaq
və istərsə də Türk Xalqlarının dil özəlləiklərini
qorumaqda xidmət etmiş olarıq diyə düşünməliyik.
[i]
Yeni Müsavat, ORTAQ
TÜRK DİLİ MƏSƏLƏSİ YENİDƏN GÜNDƏMDƏ,
30.10.2011: http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/111227-ORTAQ_T%C3%9CRK_D%C4%B0L%C4%B0_M%C6%8FS%C6%8FL%C6%8FS%C4%B0_YEN%C4%B0D%C6%8FN_G%C3%9CND%C6%8FMD%C6%8F