Sorqu: Yasəmin Qaraqoyunlunun Türk anlayışı
üzərə nə demək istərdiniz?
Cavab: Azərbaycan Türkləri özlərini tarix boyu Türk adlandırmış, eləcə də İran
Məmaliki Məhrusəsində qonşu xalqlar tərəfindən bugün də Türk adlanarlar. Demək,
bu anlayış Yasəmin Qaraqoyunlu Xanım üçün böyük bir tapıntı sayılabilməz.
Yasəmin xanımın Azərbaycanlı anlayışını İstalın və Heydər Əliyeflərə nisbət
verməsi isə tarixi vaqeyətlərlə üst üstə düşməz. Bu məsələni izah etmək üçün bir
az tarixin Azərbaycan ictimaiyətinə bəlli olmadığı qatına getmək və dilçilərin
yazdıqları əsərləri oxumaq lazim.
Ruslar əvəllərdə Tatarlar (Tataristan Türkləri) ilə tanış olduqları üçün,
Qafqazları işqal etdikdən sonra, oradakı Türkləri Qafqaz Tatarları deyə qələmə
almağa başladılar. Rus Mütərcimi Makarof dilçi olduğu və Tatar Türkçəsi ilə
Azərbaycan Türkçəsi arasında diyalekt fərqi təşxis verdiyi üçün, 1848-inci il
yazdığı geramer kitabında Qafqazdaki Türkləri Azərbaycan adından yola çıxaraq
aderbidzancy deyə qələmə almış[1].
Turkoloq Hermann Vambery 1885-inci il Dresden şəhərində yazdığı Türkenvolk
adlı kitabında Azərbaycan Türkçəsinə uyqun danışanları Aserbaidschaner
(Azərbaycanlılar) qələmə almış[2].
Bu tarixdən etibarən bütün Alman Turkoloqları, o cümlədən Karl Foy (1903, 1904)
illərində yazılmış[3],
Helmut Ritter (1921) yazdığı əsərlərində Azərbaycan Türkçəsinə uyqun danışanları
Azərbaycanlılar qələmə almışlar[4].
Demək, bu məsələ Azərbaycan Türklərinin kimliklərini sorqu və sual altına aparacaq bir anlayış deyil, dünya millətləri və dünya dövlətləri çapında, muxtəlif milli toplumlara, yerinə görə bəzən coğrafi, bəzən isə başqa toplumlardan dəqiq bəllənsinlər deyə, onlara xas bir ad deyə verilmiş.
Almanlar özlərini deutsch, İnglislər Almanları
German, Ruslar Almanlara немецкий,
İskandinavi ölkələri Almanlara
tysk, Finlər Almanlara saska, Fəransəlilər
Almanlara allemand adı işlətdiklərinə baxmayaraq İnglis dilində dünya
millətləri Almanları German, şərq dövlətlərinin bir çoxu Fəransəlilərdən
təbəiyət edərək Alman deyə qələmə alarlar. Avstriyanın ədəbiyat dili Alman
olmasına baxmayaraq Almanlar 1867-1918 illər arasında, onları
Alman-Avstiryalıları (Deutsch-Österreicher) deyə qələmə almışlar. Bugün isə
Alman ədəbiyatında Avstiryadaki Almanlar, Österreicher (Avstiryalılar) deyə
qələmə alınarlar[5].
Azərbaycan Türkləri ifadəsi də Alman-Avstiryalıları kimi bir tanıtım adı
sayılar. Onun da qısatması Azərbaycanlılar olar.
Üstəki dilçilik sahəsində olunmuş tanıtım və təriflərə əsasən
Türkəmən-Sahradaki Türkmənlər göz ardı edilərsə, İran Məmaliki Məhrusəsində,
Azərbaycan Cumhuriyətində, Dərbənddə, Borçalıda və Türkiyənin şərqindəki,
Türklər özlərini Türk qələmə aldıqlarına və qonşu xalqlar da onları Türk
tanıdıqlarına baxmayaraq dilçilik baxımından bir dil medyomunda danışdıqları
üçün, Azərbaycan Türkləri və qısatma olaraq da Azərbaycanlılar deyə qələmə
alınarlar.
İşıq Sönməz, 15.08.2019
[1] T. Makarov, Tatarskaya grammatika kavkazskogo narečiya, Tiflis 1848, S. 38
[2] Hermann Vambery, Das Türkenvolk in seinen ethnologischen und ethnographischen Beziehungen, Dresden, 1885.
[3] Karl Foy, Azerbaidschanische Studien mit einer Charakteristik des Südtürkischen. MSOS (W), Bd. 6 (1903), S. 127-177.
[4] Helmut Ritter, Aserbaidschanische Texte zur nordpersischen Volkskunde. Der Islam, Bd. 11 (1921), S. 181.
[5] Österreicher: https://de.wikipedia.org/wiki/Österreicher