Sorqu: Yasəmin Qaraqoyunlu xanımın ideasına görə “Quzeyazərbaycanda Türk Dili inkişaf edərsə, buradaki millətin Türk Milləti etiraf olunarsa, İran içərisindəki min illik Türk hakimiyətinə varislik irəli sürülər. Ona görə Quzey Azərbaycanda Azərbaycanlılıq hakim. ... Azərbaycan Millət anlayışı Hind. Avrupa tezisidir”Belənçi yanaşmalara necə hanki ölçüdə vaqeiyyətlərlə üst üstə düşər?
Cavab: Milli və hüquqi məsələlərə belə yanaşmaq düzgün olmaz. Demək, Azərbaycan Türkçəsinin yüksəlişi üçün “Azərbaycan Türk Dili Qurumu”unun yaradılmasını irəli sürmək, bu doğrultuda adımlar atmaq düzgün yol sayılar. İkinci bir məsələ determinismus (təhmil olmuş şərtlərə boyun əymək baxımından - istər dilçilik və istərsə də siyasət) anlayışından yola çıxaraq Azərbaycan Türklüyü özünü bir müstəqil millət olaraq tanımlamalı və tərif etməli olmuş[1]. Elm və siyasət alanlarına hakim olmuş anlayışları nəzərə almadan Azərbaycan Dövlətçiliyi müstəqil varlığını sürdürəbilməsi olduqca çəlişkəli sayılar.
Bu baxımdan Heydər Əliyev ilə Bəxtiyar Vahabzadənin “Türk Dili yoxsa Azərbaycan Türkçəsi və Azərbaycan Dili” mozusunda çıxışlarını nəzərə aldıqda, orada Heydər Əliyev dövlətlər arası, Azərbaycan Dövlətinin necə çıxış etməsi, dövlətlər arası layihələrə hanki ad altında qol çəkilməsi və özünü necə təqdim etməsi məsələri ortaya qoyarkən Bəxtiyar Vahabzadə də bu məsələni naçar qalaraq qəbul etdi[2].
Baxtiyar Vahabzadənin gəldiyi qənaəti Avstiryalılar da 1867 – 1918 inci illər arasında “Deutsch-Österreicher (Alman-Avstiryalıları)” deyə qəbul etmiş və bu adı işlətmişlər. Ancaq zaman axarında Avstiryalılar anlayışını qəbul etmişlər[3].
İran Məmaliki Məhrusəsində hakimiyyətçilik baxımından Türklərin varislik məsələsinə gəldikdə imperator hakimiyətlərin əldən ələ keçməsi və onun necə geri alınması yoxsa qarşı qoymaq mozusu üzərə düşüncə yeritmək lazim. Bu baxımdan Güney Azərbaycan Türklüyü bir daha Fars, Kürd, Lor, Mazəni, Gilək, Bəluç, Ərəb milliyətlərini öz Türklüyü əsasında öz hakimiyəti altına alabilməsi imkansız sayılar. Bu məsələ birinci adımda təlim və tərbiyət sistiminə əsaslanar. Keçmiş 100 ilə yaxın İran Məmaliki Məhrusəsindəki etniklər Fars tərbiyət sistiminə tabi tutularkən Türk dilində bir oxul və məktəbin olmadığını nəzərə alarsaq, Yasəmin Qaraqoyunlu xanımın nə ölçüdə öz duyqu və ehsaslarına qapılaraq çıxış etməsi ortaya çıxar.
Məsələ belə olduqda İran Məmaliki Məhrusəsində Fars istemarçılığına tutulmuş Türklərin eliti, başda Güney Azərbaycan Türk eliti olaraq vaqeiyətləri görməyə və Azərbaycan anlayışlarını genişləndirməyə, İran Məmaliki Məhrusəsində yaşayan bütün Türkələrə yaşadıqları coğrafi bölgədən asılı olmayaraq onlara Azərbaycan Türklüyü anlayışını aşılamalı və təzriq etməlidirlər.
Beləliklə bugünkü Güney Azərbaycanlıların çıxış yolları buI
1) Etnik bitişik və birləşik Güneyazərbaycanlılar yaşayan Türk bölgəsi: Bu əsasda Qarakilisa və Muğanşəhər (Parsabad) iki qoşa və bir-birlərini kəsməz xətlərin başlanışı deyə göz önünə alarsaq, bu iki xəttin eşiyində, ancaq bu xətlərə yapışıq Türklər yaşayan torpaqlarda İran Məmaliki Məhrusəsinin qəlbinə doğru (Ərak viləyəti) bitişik Türk etnosu yaşayan torpaqlar olduğu üçün, bu torpaqlardaki bitişik şəhər və kəndləri Güney Azərbaycan torpaqları deyə hesab etməliyik.
2) Qaşqaylar yaşayan Türk bölgəsi (bu bölgəni Qaşqay Türkləri daha da yaxşı qonşu xalqlardan ayırd edəbilər deyə onlarla məsləhət və məşvərət edilməli və çıxış yolu tapılmalıdır)
3) Xorasan Türkləri yaşayan bölgə (bu bölgəni də Xorasan Türkləri daha da yaxşı qonşu xalqlardan ayırd edəbilər deyə onlarla məsləhət və məşvərət edilməli və çıxış yolu tapılmalıdır)
Üstəki Azərbaycan Türklüyünə və xas olaraq Güneyazərbaycan Türklüyünə təhmil olmuş hakim şərtləri nəzərə aldıqda Yasəmin Qaraqoyunlu xanımın görüşləri vaqeiyət əsasında ifadə olumadığı üçün belənci çıxış etməklər Güneyazərbaycan Türklüyü ilə Azərbaycan dövlətçiliyi arasında qarşı durmaq yaratmağa, gələcəkdə bilə milli birliyimizi qurmağa mani olacaq və Fars istemarçılığına xidmət edəbiləcək bir yanaşma sayılar.
İşıq Sönməz, 19.08.2019
[1] Sorqu: Yasəmin Qaraqoyunlu’nun “Türk” anlayışı üzərə nə demək istərdiniz? http://www.isiqsonmaz.com/Seite%20432.htm
[3] Österreicher: https://de.wikipedia.org/wiki/Österreicher