Muraciət
İran Məmaliki Məhrusəsi ilə özünü tərif edən və özünü İranlı qələmə alan Azərbaycan Türklüyünün diqqətinə
Tehrandakı Fars höküməti Azərbaycanlıları bir milli varlıq olaraq həzm edə bilmədiyi üçün, keçmiş 30 ildə Azərbaycan torpaqları Erməni işğalçılığı altında olarkən "Munaqişeye Qərəbağ bayəd əz təriq-e goftgu həl şəvəd " deməklə Qarabağın şəhər və kənd binalarının bütün qapı pəncrəsi, dirəkləri köhnə dəmir parçası olaraq söküldü və İran'a xam məvad kimi su qimətinə satıldı.
Bu 30 ildə Azərbaycan Cumhuriyəti'ndə nə İsrail adlı bir xuxu görünürdi, nə də Erməni işğalçılığına dur demək üçün bir müsəlman dövləti, xususən Şiə dövləti, heç biri tapılmırdı. Məselə belə olduqda Azərbaycan siyasətçiləri tədbir tökməyə və bu məselədən çıxış yolu tapmağa çalışdılar. Bu çıxış yollarından biri, üç böyük rəqib və Qafqazlar uğrunda rəqabət edən dövlətlərin siyasətlərini Qafqazlarda tərazlaşdırmaq oldu.
Erməniləri isə, Azərbaycan'ın işğal olmuş topraqlarında ikinci bir Erməni dövləti yaratmağa və ona "Artsax" adı verməyə çalışdı. Belə bir şərayitdə Ermənilərin bu üzdən ıraq "Artsax" ad verdikləri işğalçı müəssisələr də İran'dan getmiş yanacaq, nizamı sursat materyalları ilə təmin olunurdu. Paşinyan da bir avanturist siyasətçi olaraq Şuşa'nın Cidir düzündə yallı oynamağa çalışdı. Özlərini Cumuriye İslami İran adlandıran Fars höküməti də bu xoşuna gələcək vəziyətdə nizarə edərək quyruğu ilə cəviz sındırmağa və "dil ey dil ey" deyərək Fars istmarçılıq sazını köklərək „dəşti havası“ oxumağa başlamışdı.
Belə bir şərayit və vəziyətdə Azərbaycan Cumhuriyəti'nin fürsət əldən verməsi, Fəransə və Amerika kimi böyük dövlətləri "Torus" Muəssisəsi vasitəsi ilə Ermənistan'a Rusiyə və İran yerinə taza rəqiblər deyə yerləşdirməyi Azərbaycan torpaqlarının bir dəfəlik (həmişəlik) itirilməsinə yol açardı. Azərbaycan Cumhuriyəti Qafqaz'da böyük dövlətlərin siyasətlərini balanlaşdırdıqdan sonra, artıq nizamı əməl etməsinin vaqtı idi, elə də olmağa başladı.
Belə bir vəziyətdə Fars istemar gücləri, onların cərayidlərı (Məşriq, Fars və ha belə İranşəhr məhfəlləri və Fars mədəniyət rasisətləri) və şiəliyi Farslıq üçün vəsilə etmiş istemar amilləri Qafqazlarda Fanus ilə "da'iş" və "təkfiri" axtarmağa başladılar.
Vurduqları töhmət və toxuduqları yalan olduğu və Azərbaycan dövləti münəzzəm qoşunu və ordusu ilə savaşdığı üçün 44 gün içərisində Erməni ordusu və Ermənistan iflasa uğrayaraq Putin'i atışkəs üçün vasitə etdi.
O atışkəsə əsasən Erməni işğalçı gücləri Qarabağ'ı tərk etməli və paramiliter Erməni teroristləri də Ruslar işqal altında qalmış bölgədə silahsız etməli idi və Azərbaycan Cumhuriyətini Nəxcivan'a bağlayan Zəngəzur dəhlizi də açılmalı idi.
O zamanlar İran cərayidi də Qafqazlarda İran'ın Erməni yançısı yeritdigi siyasətin yanlış olduğunu və İran'ın Qafqazlarda məğlub olduğunu yazdılar. Qarabağ'a isə hər hanki xaricəli diplomat və xarici güclərin giriş və çıxışı Azərbaycan dövlətinin icazəsi ilə olmalı idi.
Azərbaycan dövləti, istər Rusiyə məqamları və istərsə də İran tərəfinə bizim dövlət normalarımızı riayət edin deyə muraciət etsə də, keçmiş 30 ildə olduğu kimi genə də İran tərəfi bu məseləni qolağınin ardına atmağa çalışdı.
Rusiyə Komunistliyi zamanında bilindiyi kimi Gorus və Qapan arasındakı yol, Azərbaycan Cumhuriyəti torpaqlarından keçdiyinə baxmayaraq dövlətlər sərhədi deyə Azərbaycan bu yolu bağlamalı, yoxsa kontrol altına alaraq keçəri və muvəqəti lazimli şərtlər altında Erməni maşınlarına gəl get imkanı verməli idi. Elə də olmuşdu. Ancaq Təbriz'dən Azərbaycan'ın Xankəndi'nə Ermənistan üzərindən İran maşınlarının yük daşınmasına İran və Ermənistan dövlətləri pilak dəyişdirmək vasitəsi ilə don geydirməkləri Azərbaycan Cumhuriyəti məqamlarının səbir və dözüm kasasını daşırmış oldu.
Beləliklə də Fars höküməti məqamları bu yol " da'iş" və "təkfiri" yerinə bir İsrail ixtira etdilər. Bu İsrail qulaq eşidəli daha da xətərli sayılar. Ancaq 8 il İran və İraq savaşında İsrail sılahlarını Fars höküməti qaçaq od qimətinə alaraq İraq höküməti ilə savaşarkən İsrail heç də pis deyilmiş.
Ancaq Azərbaycan Cumhuriyəti bir millət dövləti olaraq Farslıq qonşuluğunda yaşaması Farslıq üçün bir zəhər sayılarmış. Demək, Fars istemar gücləri İran Məmaliki Məhrusəsini millətlər üçün bir insanlıq dövləti etmək yerinə Azərbaycan türklüyünü bir millət olaraq başı aşağa saxlamağa və zaman məcrasında Azərbaycan türklüyünü Şiə deyə Fars istemarçılığı tərkibində yox etməyə çalışarlar.
Məselə belə olduqda, bugün Azərbaycam dövlətçiliyi Azərbaycan türklüyünün ölüm, yoxsa qalım məseləsidir. Bir millətin ölüm, yoxsa qalımının daha da "güney (cənub) və qüzeyi (şəmalı) olmaz. Demək, Güney Azərbaycan türklüyü ayıq və sayıq olmalıdır. Fars istemarçılığının Şiə donuna bürünmüş və islamiyətdən libas oğurlamış zatlarına, eləcə də Fars mədəniyət Rasistliyini özünə milli kimlik deyə qələmə alan avanturist və rasist məhfəllərə yox deməklə qardaş qırqınından uzaq durmağa çalışmalıdır
Dr. Işıq Sönməz, 02.10.2021