"Kur Rəngi" Dar Conbeşi Milli-i Azərbaycan" Başlığı İlə Yazılmış Yazıya Baxış
İran Məmāliki Məhrusəsindəki millətlər məsələsinin günü gündən qabarması Fars istemar təşkilatlarında olan bir sıra insanları da düşünməyə zorlamasına baxmayaraq bu zatlar Azərbaycan Türklərinə "uzaqda su (sarab)" vədəsi verməyə çalışarlar. Bu doğrultuda Dəniz İşçi imzası ilə qələm vuran zat yeni sonqumalar (mulahizələr) ortaya atmış, yeri gəlmişkən bu sonqumaların bəzi bölümlərini gözdən keçirməyə çalışaq, oxuyuruq:
"الف -این دوستان مردم منطقه جغرافیائی ایران را فقط بصورت مردم ملیت فارس و غیر فارس تقسیم بندی می کنند. همه تقسیم بندیهای دیگر بصورت زیر مجموعه یک چنین تقسیم بندی تعریف می گردند. مثلا در وحله اول ما ملیت فارس را داریم و ملیت ترک آذربایجانی را. در مرحله دوم زیر مجموعه های کارگر آذربایجانی، زنان آذربایجانی، ورزشکاران آذربایجانی، دانشمندان آذربایجانی و سازمانهای سیاسی آذربایجانی غیره را که همه زیر مجموعه ای از مجموعه بزرگ هویت آذربایجانی می باشند دارا می باشیم"[i].
Keçmiş yazılarda da işarə olunduğu kimi müəllif "milli kimlik" məsələsini Fars istemar solçuluğu ədəbiyatının sırasında yerləşdirərək milli kimliyi, kimliklər qurupunun alt sırasında yerləşdirmək ilə milli məseləni gündəmdən çıxarmağa çalışmışdı.[ii] Müəllifin o yanaşmasına baxmayaraq bu yazısında zehnində oluşmuş sorqu və suallara cavab almaq üçün bir daha Azərbaycan milli hərəkətini sorqu və suala çəkmək istər. Üstəlik düzənsiz və təşkilatsız bir topluma verilən və pupulist deyim sayılan "xalq (mərdm)" ifadəsini sərgiləmək ilə genə də İran Məmaliki Məhrusəsindəki dil və mədəniyyət sahabları arasında hankı münasibətin qurulmağına və hakim olduğuna tuxunmaq istəməz. Yeri gəlmişkən müəllif "mərdom-i məntəqe-i Cuğrafia-i İran" deyə qələmə aldığı İran Məmaliki Məhrusəsindəki dil və mədəniyyət sahablarının keçmişdə hanki qonum və durumda olduqlarını götür qoy etməyə çalışaq. İran Məmaliki Məhrusəsində Fars istemarçılığına məruz qalmış toplumlardan Azərbaycan millətini bir örnək deyə nəzərə alarsaq, Qacar hakimiyətləri dönəmində Fars dili divan dili və Türkçə Qoşun dili olduğunu nəzərə alaraq məşrutiyyət hərəkatından sonra Türk dili Farsça ilə birlikdə rəsmiləşmişsə imiş, Fars və Türk dilləri və mədəniyyətləri İran Məmaliki Məhrüsəsinin dölətçilik kimliyi olarmış. Bunlara baxmayaraq genə də bugün İran Məmaliki Məhrusəsində başqa milli azlıqların dil və mədəniyyət məselələri söz qonusu olduğunu göz ardı etmək olmazdı. Bunlara baxmayaraq Azərbaycandan başlamış məşrutə hərəkatının İran Məmaliki Məhrusəsində xarici güclər (Rusiyə və İngilis) vasitəsi ilə yenilgəyə (şikəstə) uğradığının sonuç və nəticəsi olaraq Fars dili, mədəniyyəti və məfkürəsi özü ilə birlikdə Fars istemarçılığını da bu Məmaliki Məhrusəyə soğat gətirmiş. Beləliklə Fars millətçiləri və Fars mədəniyyət rasistlərı "millt -dövlət" anlayışı başlığı altında "bir dil, bir mədəniyyət və bir dövlət" deyə Fars olmayan etnusları Fars dil və mədəniyyətinə tabi tutmaqla Fars istemarçılığına yol açmışlar. Rusiyə və İngilis istemar yançıları Fars millətçilərini Tehranda hakimiyyətə gətirdiklərinə baxmayaraq bu dövlətlərə rəqib sayılan Almanya höküməti də bu gəlişmədən pay ummağa başlamış. Beləliklə Almanyaya təhsil almaq üçün gedən öyrəncilər üzərə Almanya impiraturluğu yatırım yatırmağa çalışmış. Birinci dünya savaşında Almanya höküməti, "islam birligi (pan islamism) görüşünü difa edən Osmanlı impiraturluğu ilə iş birlik etməkdən faydalanarkən İranda Fars milliyyətçiliyi, Fars mədəniyyət rasisətləri vasitəsi ilə Almanya impiraturu, Qayser Vilhelm (Fəriedrich Wilhelm Viktor Aəlbert von Pəreußen) müsəlman olmuş deyə İrandakı ruhaniyyəti də Osmanlı xəlifəliyi ilə iş birliyi etmək üçün təşviq etdirmiş[iii]. Bu gəlişmələri yoxsa gerilimləri (pəs rəft) milli bilincdən yoxsul Güney Azərbaycan aydını dərk etməyərək Azərbaycan türklüyü əleyhinə durmadan gecə və günüz Farslıq sıralarında bugün də bəziləri etdikləri kimi təbliğat aparmağa çalışmışlar. 1916. il Seyid Həsən Təqizadə Təbrizli Almanyanın Berlin şəhrində Fars dilində Kavə dərgisini Farslıq əsasında yola salaraq və "aslan və günəş (şir və xurşid)" yerinə o zaman Farslıq simgəsi sanılan "dirəfş-i kaviyani" simgəsini təbliğ etməklə Fars milliyyətçilərinin birinci sırasında yer alırmış.[iv] Bu dərginin xərcləri də Almanya dövləti tərəfindən verilirmiş[v]. Kavə dərgisi tətil olduqdan sonra Hüsen Kazimzadə Təbrizli başçılığı ilə 1922 – 1927 (1301 -1306) illərində Almanyanın genə də Bərlin şəhərində " İranşəhr" adlı dərgi farslıq üçün tarix yontamaq niyyəti ilə Fars istmarçılıq məfkürəsini əsas götürərək yayına başlamış. Bu dərgi yalnız Avrupada Fars dil və mədəniyyəti ilə ilgilənən Fars məhfəlləri üçün deyil, İran Məmaliki Məhrusəsinin 40 şəhər və şəhristanlarında da Fars dil və mədəniyyət ilə uğraşan kəsimlər və şəxslər üçün də göndrilirmiş[vi]. Beləliklə İranşəhr dərgisi, İran Məmaliki Məhrusəsi, başda Güney Azərbaycan şəhər və kənədlərindəki Fars dil və mədəniyyət ilə uğraşanları Fars istmarçılıq məfkürəsi ilə azığalanmağa (təğziyə olunmağa) xidmət etmiş. Farsçılıq baxımından Əhməd kəsrəvi[vii], Yəhya Züka[viii], Mənüçehr Murtəzəvi[ix], Cəvad Şeyx ul-İslami, Təqi Ərani[x], Babək Əmir Xusrəvi, Arif Qəzvini, Sadıq Rızazadə Şəfəq, Hüsenəli Katib, Naseh Natıq, Kavə Bayat və yüzlərcə öz dil və mədəniyyətləri əleyhinə balta vurmanı özlərinə "iranlı olmaq" və milli şərəf borcu deyə hesab edən Azərbaycan türkləri "İranşəhr" dərgisinin yetirdiyi Fars istemarçılıq məfkürəsinin yemişləri və səmərəsi olmuşlar. Almanyanın Berlin şəhərində İranşəhr dərgisini eşlik (həmrahlıq) edən ikinci dərgi "Fərhgstan" dərgisi olmuş. Bu dərgini Murtaza yəzdi ٬ Qulamhüsen Furuhər٬ Həsən Nəfisi ٬ Muşfiq Kazimi٬ Əhməd Fərhad ٬ Tağı Ərani yola salmışlar (1924 -1925) [xi]. Bu dərgidə Azərbaycan türklüyü əleyhinə və Fars istemarçılıq məfkürəsi doğrultusunda olan görüşlərə geniş yer verilmiş[xii].
Avrupa Dövlətləri tərəfindən "Farsistan" və "Fars höküməti" adlarının yerinə " İran" və "İran höküməti" adları Tehrandaki səfirlikləri vasitəsi ilə 1937. il qəbul olunduqdan[xiii] sonra 1933. il Almanyada hakimiyyətə gəlmiş Almanya nazistləri "iraniyyət (oxu: Fars olmaq) " məfkürəsini "Arier" deyiminə düyünləməyə çalışaraq bölgədə Rusiyə və İngilis güclərinə qarşı qoymağa çalışmışlar. Jozef Göbels, nazist Almanyanın təbliğat vəziri "İran və German ırqlarının "Arier" kökündən olduğu idiasını önə sürmüş[xiv]. İran Məmaliki Məhrusəsində əvam xalq kitləsi arasında ırqçılık teorisi özünə yer açabilməsi üçün ilk aşamada Jozef Göbels Bərlin şəhərindən Fars dilində radio yayınlarının yayınlanmasına buyuruq vermiş. Beləliklə də İran Məmaliki Məhrusəsi və Əfğanistan topraqlarına Fars dilində radio yayınları yayılmağa başlamış (1939). Çox zaman keçmədən Fars mədəniyyət rasistləri Güney Azərbaycanda Hitlerin əsil iranlı olduğunu və əsl adınin da Mir Heydər olduğunu topluma aşılamağa başlamışlar[xv]. Farslıq eliti içərisində rasistlik görüşlərin yayılması üçün "cəhan no" adlı dərginin yayılması da vacib görülmüş (1939). Bəhram Şahrox[xvi] istər Bərlin radiosunun məsulu və istərsə də adı keçən dərginin məsul müdürü olmuş[xvii]. Bu işdə Davud Münşizadə[xviii] və İsmayıl Kuşan (Pars Film İstudosunun qurucusu) Bəhram şahrox ilə eşlik (həmrahlıq) və əməkdaşlıq etmişlər[xix]. İngilis istemar güclərinin basqısının sonuç və nəticəsi olaraq Rıza Şah Almanya yanlısı sayılan birinci vəziri, Əhməd Mətin Dəftrini vəzifədən uzaqlatdıqdan və yerinə İngilis yanlısı Əli Mənsuru gətirdiyindən sonra keçmişdə Berlin radiosundan Rızaşaha mədhiyələr demiş Bəhram Şahrx Almanya nazistlərinin buyuruğu əsasında haman gündən başlayaraq Rıza Şaha nifrət qusmağa başlamış. Bu davranışların sonuç və nəticəsi olaraq Bəhram Şahroxun atası Keyxosro Tehranda teror edilmiş. Bəhram Şahrox Almanlara daha artıq xidmət etmənin ağır başa gəlcəyi düşüncəsi ilə Almanyadan Tehrana geri dönmüş. Beləliklə Davud Münşizadə "cəhan no" dərgisin məsul müdiri olmuş. Uzun sözün qıssası: 1945 -1946. illər Güney Azərbaycan torpaqlarının Rusiyə sövyetliyi tərəfindən işğal olmasından faydalanmağa çalışan Güney Azərbaycan Milli höküməti başçılarının (qusurları ilə birlikdə) milli bilinc və şuurları göz ardı edilərsə, keçmiş yüz ildə İran adına çalışan bütün Güney Azərbaycan eliti farslıq teroruna məruz qalmış, Fars idarələrində və təşkilatlarında bir çoxları armancıl olduqlarına baxmayaraq bir kölə kimi xidmət etmiş nökərlər sayılmışlar. Demək, farslıq və fars istmarçılığı uğrunda fars eliti və fars mədəniyyət rasistlərı xarici güclər ilə axar baxar oynarkən bir az sayda şəxslər (Məhəmmədəli Fərzanə, Bulud Qaraçurlu, Behzad Behzadı, Kərim Məşrutəçi, Yəhya Şeyda, Məhəmmədhüsen şəhriyar, Hüsen Düzgün,... və sonra varlıq dərgisi ətrafında yığılan insanlar) göz ardı edilərsə, təşkilat biçimində Azərbaycan aydınları öz kimlik və mənlikləri uğrunda heç nə etməmişlər. Azərbaycan aydınlarının bir çoxu Fars sağ və sol təşkilarında armançıl çalışdıqlarına baxmayaraq bunların "iranlılıq" adına çalışmaları Fars istmarçılarının könlücə olmuş. Dəniz İşçi qələmindən genə də oxuyuruq:
"ب – این دوستان، ژئوپولیتیک جغرافیائی ایران را بصورت منطقه استعماری تصویر می کنند که در آن دولت فارس، ملتهای دیگر را بصورت مستعمره خویش در آورده و آنها را استعمار و استثمار می کند.خارج از اینکه تعریف تاریخی سیاسی اجتماعی استعمار و نظام استعماری چه می باشد، این دوستان سیستم سیاسی امنیتی کشوری در منطقه اذربایجان را بصورت ارگانهای سیاسی امنیتی حاکمیت دولت فارسی قلمداد می کنند. بر اساس چنین تعریفی، جنبش ملی آذربایجان و ملیتهای دیگری که در ایران زندگی میکنند، یک جنبش ملی رهائیبخش می باشد که لازمه آن اتحاد همه نیروهای ملی (چه دموکراتیک و چه غیر دموکراتیک) جهت گرفتن استقلال سیاسی جغرافیائی از حاکمیت دولت فارسی و تشکیل دولت مستقل ملی اذربایجانی و غیره می باشد"[xx].
Necə demişlər, illər boyu xarvar -xarvar tanbakı yandırdıqdan sonra özü azərbaycanlı olan Dəniz İşçilərin Fars istemarçılıq məseləsini qürbətə salması və milli zülmün hanki boyutlarda axın etdiyini dərk etmədiyi, faciənin nə ölçüdə dərin olduğunu daha rahat dərk etdirmiş olar. İlk olaraq bir xalqın dil və mədəniyyətinə yasaq qoymaq, mədəniləşdirmək adına özgə dil vəsiləsi ilə o xalqı bir milli varlıq olaraq əritmək siyasətinə tabi tutmaq, ona özgə tarix və milli kimlik sırımaq və aşılamaq, elit kəsim ilə əvam xalq arasında "aydın və mütəssib " kəsim deyə uçurum yaratmaq (təəsob nədaşte baş!, Azərbaycani ha çeqədr motəəsib həstand!!! və...), bu iki kəsimi üz üzə qoymaq, Azərbaycanda Fars idarəçilik və işğalçılıq sistimi yola salmaq, Azərbaycan Türklərini Fars dili ilə idarə etmək və farslıq idarə etmək sistimini Azərbaycanlılara diktə etmək, o xalqın insanı, zehni və bilim güclərini dirçəldikdən və səmər verməyə başladıqdan sonra Fars hakim dil və mədəniyyətinin xidmtinə almaq, o xalqın yaşayış topraqlarını əmniyəti deyə orada işyeri açmağa izin verməmək, o xalqın milli kimliyinə uyqun ad qoymaqlara icazə verməmək, o xalqın tarixi şəhər, kənd, dağ daş və çaylarına verilmiş tarixi adları silərək onları farslaşdırmaq, zaman axarında o xalqın yer altı və yer üstü qaynaqlarını sömürərək hakim dil və mədəniyyətin xidmtinə daşımaq, o xalqın ovladlarını əskiklik kompileksinə qapdırmaq və kiçimsəyərək milli terora məruz qoymaq, o xalqı dil və mədəniyyət baxımından öz ev və obasında əritmək siyasətinə tabi tutmaq, bunlar hamısı istmarçılığın və üstəlik Fars istmarçılığının qabarıq görüntüsü sayılar. üstə göründügü kimi bu özlərini aydın (roşənfikr) qələmə almış zatlar istemar məquləsini də istemarçı nizam və intizamın dilindən eşitmək istərlər. Demək, Fars istemar hakimiyyəti və gücləri Azərbaycan Türklərinə üz tutaraq bağırmalı imiş: -Ay Azərbaycanlı, eşit və bil!! -Biz Fars istemar hakimiyyəti, sistimi və Fars istemar yançıları olaraq Azərbaycan türklügünü (sizi) sömürmək və onları farslıqda həll etmək və farslığıngı etmək üçün sizlərə hakim kəsilmişik!! Qeyrətiniz və cəsarətiniz varsa, bizim sömürgəçilik və istemarçılıq boyunduğumuzun altında qalmayın!! -Zəlil və rəzilsinizsə, bu ölüm, zillət, bu məşəqqət sizə yarasın!! Farslıq boyunduruğu altına keçdiginiz üçün, dil və mədəniyyət azadlığının nə olduğunu bilmədiyiniz üçün bir milli varlıq olaraq insan kimi yaşamaq sizlərə həram olmuş!!. Daha nə deməli imiş?? Orasını da Dəniz İşçi gələcək məqalələrində sorqu biçimində ortaya qoyar və vacablamalı olarıq! Demək, istemar məquləsinin tarixi keçmiş deyə Fars istemarçılığına göz yumdurmağa çalışanlar, "balığı nə zaman tutsan, o zaman yeni və tazadır" məquləsini dərk etmiş deyillər.Fars istemarçılığı gəlişmək və sömürgənlik açısından istemarçı dövlətlərin kiçik qardaşı durumunda olduğu üçün onlar iki yüz il bundan öncə Afrikada, Hindustanda və Uzaq-Güney-Doğuda məmləkətlərində etməyə başladıqları istemarçılıq davranışlarını Fars istemar gücləri çıplaq biçimdə dövlət-millət adına keçmiş doqsan ildə üstlənmiş görünər. Bilindiyi kimi Fars istemarçılıq görüşləri Mahmud Afşar Yəzdinin teorilərinə əsaslanar[xxi]. Bugün çılpaq və yer altı yer üstü zənginligi sömürülmüş Afrika qıtası istmarçı güclər üçün ilginc və çəkici görünmədiyinə baxmayaraq onsuz da Afrikalılar Fəransə və İngilis dil və mədəniyyətləri vasitəsi ilə bu dövlətlərin müstəmləkəsi sayılarlar. Örnək olaraq Mərakeş və əl-Cəzayir zahirdə Fəransə istemarçılığında görünməzlərsə də, dil və mədəniyyət baxımından bugün də Fəransə istemarından əziyyət çəkərlər[xxii]. Demək, Fars istemar təşkilatlarında ayaqçılıq və mehtərlik edənlər kimi milli məsələyə yanaşmaqla kimi aldatmaq istərlər? Nə üçün? Hankı çıxarları üçün əvamfəriblik etmək istərlər?? Bu zatlar, özələri bilməsələr də, fundamentalist olduqları üçün hər şeyin izahı deyə bir fündamnet (əsas) yorum və təbirin gərəkli və vacib olduğu imacı ilə çıxış etməklərinə baxmayaraq əslində və əməldə yorum və təbir bahanası baş aldatmaq məquləsinə xidmt edən bir istemarçı görüş sayılar (görüşən kəndə bəldçi lazim olmaz demişlər! İstermarçı davranışları izah etmək üçün daha tarixə muraciət etmək lazim sayılmaz). Dəniz İşçi genə də yazmış:
"ج – چنین نگرشی وقتی با عینک دودی تقسیم "فارس و غیر فارس" به جامعه نگاه می کند، وجود سازمانهای صنفی و سیاسی سرتاسری را به صورت نهادهای متعلق به ملیت فارس ارزیابی کرده و تعلقات مدنی شهروندی ایرانی آنها را انکار می کند. این بینش تلاش در این دارد که فعالین اذربایجانی را به خارج شدن از این نهادها و تشکیل نهادهای موازی مشابه با هویت ملی آذربایجانی را به آنها توصیه نماید. اگر به الفبای سیاسی خیلی محترمانه آنها اشاره ای داشته باشیم، دوستانی را که به عشق به هویت آذربایجانی خویش در نهادهای سرتاسری فعالانه ارزشهای انسانی ملی خویش را ترویج کرده و به پیش می برند را "مانقورد" لقب می دهند...."[xxiii].
Müəllif sıraladığı ifadələr keçəlin məsəlini xatirladar, necə demişlər: "keçəl baxar güzgüyə, adını qoyar özgəyə"! Demək, müəllif öz deyişi ilə desək, dumanlı gözlüyü (eynki) ilə özünü güzgü qarşısında tanımadığı üçün qarşıda görünən əksini filan qurup, yoxsa filan şəxsə bənəzdərək höküm verməyə çalışar. Fars istemarçılığını nəzərə alarsaq, bir Azərbaycan Türkünün başqa Azərbaycan Türkü və təşkilatlarına " Fars və qeyri Fars" deyə ittiham vurması yersiz görünsə də, tarix sürəcində Güney Azərbaycan Türklərinin bir millt olaraq uğursuz olduqları üçün bala ata və anasını da tanımaq istəməz görönər. Bu da Güney Azərbaycan xalqı üçün böyük bir talesizlik və şanssızlıq sayılar. Demək, istemar məquləsinə tabi tutulan Azərbaycan Türklərinə vətəndaşlıq (şəhrvədlik) deyə Fars hakimiyyəti və təşkilatları tərəfindən bir mərhəmətli anlayış olmadığı üçün Azərbaycanlı bir şəxs də bağlı (mənsub) olduğu öz toplum və millətini vətəndaşlıq deyə fars istemar güclərinin altına dürtməyə haqlı görünməz. Hakim nizam -intizam və milli məsələ açısından istemar hakimiyyətinə pozisyon sayılan Fars istemar təşkilatları tərəfindən başqa etniklər üzərə insanı bir anlayış olmadığı üçün bu təşkilatlara yançı və tərəfdar deyə quyruq (tərəfdar) olmaq köləlikdən başqa, istər şəxsin özünə, istərsə də bağlı (mənsub) olduğu millətinə hər hankı bir xoşbəxtlik gətirəbilməz. Demək, istemarçı bir sistim ilə üz üzə olduqda bir milli varlıq olaraq məsələ daha vətəndaşlıq deyil, durum ölüm yoxsa qalım məsələsi olduğu üçün xalq ictimaiyyətini aldatmağa və təhmiq etmgə də ehtiyac görünməz.
Əsır, tutsaq, əsır! istemarçılığa məruz qalmış toplum daha da əsir!! Azadlıq əsridir bizim bu əsir!! İndi tutsaqlar da bəndini kəsir!
İstemara məruz qalmış hər hankı bir millət və toplum üçün istemar dayirələri tərəfindən hanki vətəndaşlıq haqqı deyə soruşularsa, istemara məruz qalmış bir milli toplum, bir milli varlıq olaraq öz milli mənliyi və kimliyindən vaz keçər və istemarçı dil və mədəniyyət sahabları açısından təslim görünər və zərərsizləşmiş deyə təşxis verilərsə, adı keçən bir quyruq durum və halinə düşmüş görünərək istemar hakimiyyəti altında sürünmə haqqını əldə edə bilər deyə düşünməliyik.
Üstə işarə olunduğu kimi farslıq əsasında qurulmuş hakimiyyət sistimləri öz hakimiyyətləri altındakı Fars olmayan dil və mədəniyyət sahablarına uyquladıqları yasaqlar və məhdudiyətlər istər istəməz milli bilincli toplumların təcrid vəzitə düşməsinə yol açarlar. Tərs durumda məhküm xalq və toplumların ovladları hakim millətin dil və mədəniyyəti xidmətinə alınaraq minik vermək məcbüriyyətində qalarlar. Bu durum və görünümü bir çoxları özələrinə sindirə (həzm edə) bilməzlərsə də, bu saydıqlarımız acı gerçəklik və vaqeiyyətlər sayılar. Demək, bugün İran Məmaliki Məhrusəsində Fars dil və mədəniyyətinin, hakim nizam və intizaminin mənafeinə uyqun görünən təşkilatların qanuni sayılması, bu təşkilatlardan bir sırası hakim nizama uymadıqları durumda məhdudiyət ilə üzləşdiklərinə baxmayaraq Fars muxalifəti tərəfindən bu təşkilatlar bir mənalı tərd olunmadıqları və zaman axarında hakimiyyət dəyişdikdən sonra qanuni faaliyətə başlayabilməkləri bu təşkilatların sərasəri deyil, Farslıq əsəri və əsil anlam və mənasında "fars təşkilatları" olduğuna bir dəlalət və işart sayılar. Demək, məhküm xalq ovladları öz xalqlarının milli mənafeini təşxis verərək və öz dil və mədəniyyətlərini əsas götürərək öz düşüncələri əsasında təşkilatlar yaratmalı və çıxış etməlidirlər. Dəniz İşçidən genə də oxuyuruq:
"... آیا مردم عادی ملیتهای مختلف ایران که به اذعان خود این دوستان همگی اسیر سیاستهای ضد دموکراتیک و شوینیستی نظام ولایت فقیه دارند، آنطور که پرورده اذهان این دوستان می باشد، خود با همدیگر چنان مشکلات بنیادینی دارند که نمیتوانند زیر یک حکومت فدراتیو با همدیگر به همزیستی در کنار همدیگر بپردازند؟"[xxiv].
Üstə göründüyü kimi müəllif bu görüşləri sərgilmək ilə siyasətin əlifbasını bilə bilməz kimi çıxış etməyə çalışar. Demək, çox dil və mədəniyyətli məmaliki məhrusədə hər hanki bir federal bir sistim qurmaq üçün hakim dil və mədəniyyətə mənsub olmuş təşkilatlar və şəxsiyyətlər öz təmamiyyətçi və istemarçı düşüncələrindən daşınaraq yalnız xalqları və gələcəklərinə hakim olmağa düşünməli, başqalarına huquq bərabərliyi, özələrini idarə etmək haqqı tanımalı və sonra bir qonşu xalq kimi can deyib can eşitməni qəbul etmiş məqamda yer almalıdırlar. Hər hankı bir Fars təşkilatları və şəxsiyyətləri belə bir insanı məqamı yaxalamışsa, Dəniz İşçilər nə üçün bu təşkilatlar və şəxsiyyətləri Azərbaycan toplumuna tanıtmaqdan utanarlar?!!. Demək, Fars istemarçı təşkilatları və şəxsiyyətləri istemarçı sülük (zalu) sifətliklərindən əl çəkmədikləri durum və təqdirdə Dəniz İşçilər nə üçün bir Fars istemar amili kimi çıxış edərək Azərbaycan Türklərini də farslıq tutsağında və əsartində saxlamaq istər davranışını yansıtmaq istər? Demək, istemarçılıq və köləçilik mədəniyyətinə bayılanlar (heyran olanlar) özləri xoşbəxt olmadıqları üçün xalqlarına da xoşbəxtlik gətirə bilməzlər. Göründügü kimi Fars istemarçılıq təşkilatları və şəxsiyyətlərində federal bir sistim üçün də hər hankı insanı bir anlaq və gəlişmə görünmədiyi üçün İran Məmalıkı Məhrusəsində federal bir sistimin yaranması da bir xıyal görünər. Dəniz İşçi Azərbaycan milli məsələsi açısından özündə hər hankı bir risalət tanımadığına baxmayaraq Azərbaycan milli fəallarına risalət verməyə qalxaraq yazmış:
"... استراتژی این دوستان باید بر این محور استوار باشد که از یکطرف تشویق بکنند تا ترکهای بزرگترین شهر ترک نشین دنیا بعد از استانبول، به هویت ملی فرهنگی تاریخی خویش آشنائی و آگاهی پیدا کرده و با تعمیق چنین دانش و آگاهی به پدیده های اجتماعی اطراف خویش فعالانه تاثیرگزار باشند. استراتژی این دوستان در زمینه ترویج آموزش به زبان مادری آذربایجانی باید به تهران و شهرهای دیگر بسط داده شده و بصورت یک پروژه ای استراتژیک در مورد ترکهای تهران و شهرهای دیگر تبلیق و ترویج گردد"[xxv].
Özü Azərbaycan türkü, özünü demukrat və iranlı qələmə alan zat üstə işarə etdiyi məqamlara vəqt ayırmaq istəməzkən hankı vətəndaşlıq (şəhrvəndi) məquləsindən söz açar özü də sorqu və sual yeridir. Bilindiyi kimi istemara məruz qalmış toplumun hər hankı bir mədəni, siyasi və ictimai təşkilatları istmarçı hakimiyyəti tərəfindən tanınmadığı üçün onları təşkilatlandırmaq milli və insanı məsələlərinə tanış etmək və onları bu doğrultuda səfərbər etmək hər bir demukrat insanın milli və insani borcu sayılar. Dəniz İşçinin milli məsələyə belənçi özgə yanaşması ilə üzləşdikdə Xosrogulsorxinin məhkəmədəki çıxışı göz önündə bir filim kimi sərgilənmiş olar:
"در كشورهايي نظير ايران دشمن مرئي نيست. بلكه فيالمثل در لباس احمد آقاي آژدان دشمن را فرو ميكنند كه خلق نداند دشمنش كيست"(ویدئو سسی).
Bilindigi kimi Mahmud Afşar Yəzdinin sufarişinə əsasən İran Məmaliki Məhrusəsində bir çox zamanlar farslıq tərəfindən bir farsı aşağı məqamlar üçün məzlum millətlərə sorunlu və məsul şəxs deyə iləri sürməzlər. Fars istmar gücləri açarlı və həssas məqamları öz əlində tutaraq farslıq istemarına məruz qalmış və fars mədəniyyət rasistliyini mənimsəmiş şəxslər içərisindən farslardan daha da yaxşı farslığı qavramış və demukratməab biçimdə farslığı difa edəbiləcək və əvamfəribliyə yol açacaq şəxslərdən bu işlərdə faydalanmağa çalışarlar. Göründügü kimi Dəniz İşçi zat ali də Azərbaycan milli məsələsi üzərə məqalə yazarkən bir azərbaycanlı kimi deyil, zahirdə daha artıq dünyada bəlirgin və seçgin demukratlar kimi ortaya çıxaraq iki daş o tərəfə, iki daş bu tərəfə ataraq sonrada farslığın qorunması üçün dolayılı təkliflər təqdim edərək oxucunu xumar qoymağa çalışar. Bu davranışlar Fars istemar təşkilatları tərəfindən Azərbaycan xalqı əleyhinə uyqulanmış və tanınmış bir yanaşma metudu sayılar.
qaynaqlar və ətək yazılar:
[i] دنیز ایشچی،"کور رنگی" در جنبش ملی آذربایجان، یکشنبه, نوامبر 25, 2012 - 12:35، ایرانگلوبال: http://iranglobal.info/node/12518
[ii] ایشیق سؤنمز، فارس ايستئمارچيليق مقولهسينه "دؤولت-ميلت تئوريسي" آدي وئرمک دوزگون اولابيلر مي؟: http://isiqsonmaz.com/Seite%20305-1.htm
[iii] ناصرالدین پروین، ابزارهای تبلیغاتی زبان فارسی گوبلز رادیو برلین و مجله جهان نو، مجله بخارا، شماره 83، مهر- آبان، تهران 1390، صحیفه 177.
[iv] Afshin Marashi (2008). Nationalizing Iran: Culture, Power, and the State, 1870-1940 Published by University of Washington Press
[v] جمشید بهنام، «برلنی ها». اندیشمندان ایرانی در برلن ۱۹۳۰ - ۱۹۱۵. نشر فرزان، تهران ۱۳۸۶.
[vi] یحیی آرینپور، از صبا تا نیما، جلد سوم، صحیفه 234.
[vii] احمد کسروی، آذری یا زبان باستان آذربایجان، تهران 1309.
[viii] یحیی ذکاء، ملاحظاتی در باره زبان آذری (از درآمدن تازيان به ايران تاپایان سدهي هفتم)، کانون پژوهشهای دریای پارس: http://www.persiangulfstudies.com/fa/index.asp?p=pages&ID=527&Sub=434
[ix] منوچهر مرتضوی: زبان دیرین آذربایجان، بنیاد محمد افشار یزدی، تهران.
[x] تقی ارانی، در باره زبان فارسی و آذربایجان، زبان فارسی-۱، مجله ایرانشهر، چاپ برلین، سال ۱۳۰۳(۱۹۲۴).
[xi] ایرج افشار یزدی، فصلنامه زبان و ادب فارسی، سال سوم، شماره سوم، پاییز 1376، مقاله (در باره محمد علی جمالزاده)، صحیفه 9- 26
[xii] تقی ارانی: آذربایجان یک مسئله حیاتی و مماتی برای ایران، فرنگستان. سال 1924(1303) نمره 5، برلین. صحیفه لر 247-254.
[xiii] ایشیق سؤنمز، ایران دؤلتی و ایران دیل قوروپو آدی نین اورتایا آتیلماسی: ایران کلمه سی سیاسی و جغرافی آنلامدا: http://www.oyrenci.com/news.php?id=2300
[xiv] ناصرالدین پروین، باخ اورادا، صحیفه 177.
[xv] احمد کسروی، سرنوشت ایران چه خواهد شد، 1324، تهران
[xvi] 1938. ایل بهرام شاهرخ تهراندا "ایران روزنامه سی" نین رئیسی اولارکن آلمان نازیستلری ایله ایلیشگی قورماسی گمان ائدیلیر.
[xvii] بهرام شاهرخ، کیخسرو شاهرخ-ون اوغلو. کیخسرو شاهرخ کیرمان شهرینده دوغولموش، تهران مجلیسینده زرتشتلرین نماینده سی و مجلیسین چاپخاناسی نین رئیسی اولموش.
[xviii] داوود منشی زاده اوزره داها آرتیق بیلگی اوچون باخینیز: ایشیق سؤنمز، فارس نئوفاشیستلری و داریوش همایون: http://www.isiqsonmaz.com/Seite125.htm
[xix] ناصرالدین پروین، باخ اورادا، صحیفه 178.
[xx] دنیز ایشچی، باخ اوسته.
[xxi] داها آرتیق بیلگی اوچون باخ: ایشیق سؤنمز، آذربایجان مشروطه حرکاتی نین یئنیلمه سی نین سونوچ و نتیجه سی اولاراق فارس ایستعمارچیلیغینا گئدن یول
[xxii] El Hanafi Ilham, Die französische Sprache: Ein Bestandteil der maghrebinischen Kultur: http://nachrichten.marweb.com/gesellschaft/franz_sische-sprache-maghrebinischen-kultur.html
[xxiii] دنیز ایشچی، باخ اورادا.
[xxiv] دنیز ایشچی، باخ اورادا.