Düşüncə Baxımından Fars İstemar Amillərinin İran Məmaliki Məhrusəsindəki Aqvam Hekayətləri
21. əsirdə yaşamamıza baxmayaraq bir çoxları zaman və məkanı dərk etməyərək dədə babaları kimi milli bilincdən yoxsul qalaraq tayfa hakimiyyətçiliyi düşüncəsi ilə yaşamanı özləri üçün bir qurur qaynağı hesab edərlər. Bu zatlardan biri də Azərbaycan Türklərinin Qacar tayfalarından olmuş, dil və mədəniyyət açısından öz milli mənliyi və kimliyini Farslıq və Fars istemarçılığı əsasında tocih etməyə çalışan Babək Əmir Xusrəvi sayılar[i]. 2006. (1385.) il Fars istemar yançıları Azərbaycan Türklüyünü milli terora məruz qoysunlar deyə onları böcəklərə (susk) bənzətdiklərindən və yox etmək metodlarını karıkator biçimində Fars hakimiyyətinin “İran” qazetində təklif deyə yayınlatdıqlarından[ii] sonra və bu kiçimsəmək davranışlarına qarşın Azərbaycan Türkləri Güney Azərbaycan şəhərlərində dirəniş göstərərək Fars istemarçılıq məfkurəsini titrətməyə salmış. Babək Əmir Xusrəvi keçmiş yazılarda gördüyümüz[iii] və aşağıda da görəcəyimiz dək Fars Mədəniyyət Rasisti olduğu üçün Fars istemarçılığını nəcat verim deyə bu doğrultuda uzun uzadı düşüncəyə dalaraq Fars İstemarçılığına hökümət modeli çızmağa və təklif törətməyə başlamış[iv]. Sonra o yazını bir daha günümüzə uyqun edərək yayınlatmış[v]. Yeri gəlmişkən bu yazının bəzi məqamları üzərə göz gəzdirməyə çalışaq, oxuyuruq:
"بهباور من، تنوع قومی در ایران در نفس خود تهدید نیست تا احیانا برای رفع و دفع آن به تدبیرنشست و اقدام کرد. زیرا این امر، یک واقعیت عینی “تاریخی جامعه شناختی” ایران از بدو پبدایش آنست. از همان آغاز، اقوام آریائی ماد و پارس و پارت به هنگام اسکان واستقرار در نجد ایران، با دیگر اقوام آریائی و غیر آریائی پبش از خود و ساکنان این سرزمین درهم آمیختند. و به ویژه تحت تاثیر تمدنهای پیشرفته تری نظیر عیلامیها، در منطقه خوزستان، و مانناها، در اطراف دریاچه ارومیه، قرار گرفتند. ماننائیها و عیلامیها، از لحاظ فرهنگ و تمدن اثرات مهّم و ماندگاری از خود بر دولت مادها و هخامنشتیان برجای گذاشتند"[vi].
Üstə göründüyü kimi Babək Əmir Xusrəvi zahirdə demokrat görünməsinə baxmayaraq bugünkü İran Məmaliki Məhrusəsinin etnik toxuşundan özünü xəbərsiz göstərməyə və bəzi Fars qədimçiləri (bastangərayları) kimi yalandan tarix yontamağa çalışar. Babək Əmir Xusrəvi „əqvām-i İrani və Tənəvo-i qovmi dər İran“ dedikdə bu məmaliki məhrusədəki Türk və Arab etnosunun milli varlıqlarını danmağa çalışar. Bu davranış bir çoxları xiyal etdikləri xoş niyyətlilik əsasında deyil, Fars istemarçılarının yontadıqları yalan teorilərə əsaslanar. Fars dilinin Türk şahları vasitəsi ilə İran Məmaliki Məhrusəsinə gətirildiyini nəzərə alarsaq, tarix açısından nə ölçüdə Fars etniyi bu məmaliki Məhrusəyə doğma olmuşsa, o ölçüdə də Fars dilini bu topraqlara atları üzəngisində gətirmiş Türk etniyi və İslam dinini gətirmiş Arablar da doğma sayılmalıdılar. Bunlara baxmayaraq imperatorluqların sona ərdiklərini və günümüzün dil və mədəniyət çağı olduğunu nəzərə alarsaq, hər hankı bir xalqın öz dil və mədəniyəti əsasında özünü idarə etmək haqı Dünya Birləşmiş Dövlətləri tərəfindən də tanınmış bir haq sayılar. Bu əsasda İran Məmaliki Məhrusəsindəki milliyətləri „Əqvām-i İrani“ qələmə almaq Fars istemarçılığının təməl daşlarından biri sayılar. Babək Əmir Xusrəvi Türk və Arab etnosunu önəmsiz (əhəmiyətsiz) qələmə alaraq yazır:
"بعدها نیز، با حمله اعراب به ایران و اسکانشان در سراسر کشور؛ سپس با هجوم قبایل و طوایف گوناگون ترک و ترکمان و تاتار و مغولها؛ این درهم آمیزی عمق و گسترش بیشتری یافت و سیما و ترکیب خونی تباری ایرانیان را دچار تغیرات و دگرگونیهای ژرف تری کرد. بافت مردم شناسی کنونی ما، بازتاب این اختلاط و آمیزشها است و بیگمان پویائی و شادابی آن متاثر از آن میباشد"[vii].
Üstə göründüyü kimi, milli kimlik açısından Fars istemarçılıq terorina məruz qalmış Babək Əmir Xusrəvi Türk və Arab etnosunu İran məmaliki məhrusəsinə özgə (həmle-i Ərab…. hucum-i qəbayili Türk…) deyə, onları Farslıq isarətində tutulmuş bir kölə və bərdə kimi qələmə alaraq dil və mədəniyyət fərqini göz ardı edərək bu qonudan danışmadan yalnız qan bağlılığı (tərkib-i xuni-i təbār-i İrānyān) məsələsini qabartmaq ilə milliyətlər məsələsini ictimaiyyətin diqqətindən yayındırmağa çalışar. Üstə Babək Əmir Xusrəvinin ənginlik və zənginlikdən söz açma məsələsi isə, yalnız və yalnız uşaq aldatmaq və osmaqlandırmaq davranışlarının bir parçası sayılar. Babək Əmir Xusrəvi yazır:
"کشور ایران دوهزار و پانصد سال پیش، بر پایه رواداری و احترام به حقوق اقلیتهای قومی- زبانی و مذهبی اداره میشد. استوانههای برجای مانده از کوروش و نوشتههای کتیبههای بیستون و پاسارگاد به زبانهای مختلف، حتی روایات کتاب مقدس تورات؛ بهترین گواه این راه و روش مدبّرانه کشورداری در ایران بوده است. آرنولد تورن بی، پژوهشگر و تاریخ نگار معتبر قرن بیستم، شیوه حکومت مداری هخامنشیان را «اولین سازمان ملل متحد» در جهان نامیده است!"[viii].
Üstə Babək Əmir Xusrəvinin Fars istemarçılığı əsasında yontanmış quraşdırmaları tarixçilik açısından gerçəklik və vaqeiyyətlər ilə ötüşməyərək Fars istemarçılığının ən ilkin (birinci) təməl daşı sayılar. Kuruşa nisbət verilmiş palçıq məlzəməsinin yalan olduğunu artıq bilim dünyası da sabit etmiş[ix]. Arxeoloji və tarix bilimləri əsas götürülürsə, bu yalanlar əsasında düşüncə və fikir yeritmək məntiqə uyqun görünməz. Babək Əmir Xusrəvinin Təxt Cəmşid və Bistun kətibəsi deyə önə sürdüklərini Nasir Purpirar açıqlığa qavışdırmış[x]. Babək Əmir Xusrəvi genə yazmış:
"آن چه در رویدادهای اخیر آذربایجان نگران کننده و هشداردهنده است، نیروگرفتن گروههای افراطی در درون و بیرون از کشور است. دستجاتی که با تکیه بر احساسات پاک و مطالباتِ روایِ قاطبۀ مردم آذربایجان، نغمه جداسری سرداده و استقلال آذربایجان را مطرح میسارند. قدرتهای خارجی و همسایگان آزمند ایران نیز با مقاصد سیاسی و انگیرههای اهریمنی، به اشکال گوناگون مشوّق آنانند. نغمههائی همچون: «آذربایجان بیر اولسون، مرکزی باکی اولسون»(آذربایجان یکی شود، مرکز آن نیز باکو باشد) بازتاب آن است. این گونه شعارها روح آذربایجانیان ایراندوست را که تعلّق قلبی خود به ملت ایران را بارها در بزنگاههای تاریخ ایران، با جانفشانیها به اثبات رساندهاند، سخت میآزارد"[xi].
Üstə göründüyü kimi Babək Əmir Xusrəvi hər hanki bir Fars istemar yançısı biçimində çıxış edərək Güney Azərbaycan Türklərinin milli terora qarşın etiraz etməklərini xarici güclərə nisbət verməyə çalışar. Üstəlik Babək Əmir Xusrəvi Fars istemarçılığına oyuncaq olmuş Fars Mədəniyət Rasistlərini “İran sevən Azərbaycanlılar (Āzərbāycāniyān-i İrān Dust)” deyə qələmə almaqla öz milli kimliyi və mənliyini sevən Güney Azərbaycanlılar arasında istər istəməz “İranlı olmağa və İranlı sayılmağa” nifrət hissini də yaratmış olar. Belə bir durum və ortamda demişlər: “ölüsünə ağlamanı bilməyən ölüsünü qəbirdən qəbirə soxar”. Demək milli terora məruz qalmış, Fars istemar yançıları da İranlı olmanı Farslıq əsasında qələmə aldıqları üçün “İranı Fars kimliyi və İranlıları Fars olduqları üçün sevirik” deyə İran Məmaliki Məhrusəsində axın edəcək etnik toqquşmaların qarşısını almaq deyil, bu qarşı durmaların dərinləşməsinə yol açacaq bir vəsilə sayılar. Babək Əmir Xusrəvi yazmış:
"با آن که خوشبختانه هواداران این گونه شعارها و خواستها در ایران اندکاند. با این حال نباید خطر بالقوه آن را نادیده گرفت…باید ..... دست به کار توضیحی و اقناعی گسترده زد. و جوانان را با تاریخ طولانی ایران و به ویژه با حوادثی که در یکی دو قرن گذشته است، آشنا کرد "[xii].
Babək Əmir Xusrəvinin üstə yazdığı ibarəti bir üstəki ibarət ilə bir arada nəzərə alarsaq, Fars istemarçılığı teorisinin təməlini qoymuş Mahmud Afşar Yəzdi ədəbiyatı ortaya çıxmış olar. Yeri gəlmişkən bu ibarətin təkmillənmişini Mahmud Afşar Yəzdinin Quzey Azərbaycan Cumhuriyyəti qurulduğu (1918) dönəmdə yazdığı məqaləsindən oxuyaq:
" وحشت ما از این پیش آمد آنقدر هم خیالی نیست: ... راست است که بین اهالی "اران" یعنی نواحی گنجه و بادکوبه که بتصنع و برای سوء قصد نام آذربایجان بر خود نهاده اند. با اهالی آذربایجان این فرق کلی هست که آذربایجانیان ایرانی الاصل و آذربایجان جزو قسمت طبیعی ایران و همیشه عضو لاینفک این مملکت بوده، بعکس قفقاز در حقیقت جزو مستعمرات ما محسوب میشده است. معهذا وقتی بنابر مغلطه کاری شد خطر مسلم و جلوگیری از آن واجب است"[xiii].
Üstə göründüyü kimi Fars istemarçıları və Fars Mədəniyət Rasistləri bir birlərini təkmillətmiş bir zincir həlqəsi sayılarlar. Bunlar birbirlərindən ayrı və tək tək heç nə edə bilmədiklərinə baxmayaraq bir araya gəldikdə yerli dil və mədəniyətləri yox edəcək bir ortam yaratmış canilər kimi davranarlar. Bunlar əl ələ verərək Fars olmayan xalqların milli tarixlərini danar, onları təhmiq etməyə və xalq ictimaiyyətini osmaqlandırmağa çalışarlar və yeri gəldikdə yerli xalqı basqına məruz qoymaq üçün istemar güclərinə düşüncə və fikir baxımından kömək etməyə can atarlar. Babək Əmir Xusrəvi yazmış:
" نقش دولت در شکلگیری ملت ایران: مهمترین ویژگی ایران در مبحث ملی، تشکیل دولت و قدمت تاریخی و جایگاه آن در تکوین ملت ایران و پایداری آن است. کشورهایی نظیر ایران با تاریخ باستانی و برخوردار از یک دولت مرکزی، در جهان کمنظیرند. بیگمان ایران اولین کشور پایداری در جهان تا به امروز است که دست به تاسیس دولت زده است. در منطقه، پیش از تاسیس دولت در ایران و هم زمان با آن، دولتها و تمدنهای بزرگی نظیر سومریها، بابلیها آشوریها و عیلامیها درخشیدند و اثرات بزرگ و ماندگاری در فرهنگ و تمدن بشری در زمان خود بر جای گذاشتند. ولی همگی از میان رفتند. شاید علت ناپایداری آنها، ناکامیشان در ایجاد یک ساختار دولتی استوار بود؟"[xiv].
İnsan üstəki aldadıcı və avamfərib görüşləri Babək Əmir Xusrəvidən oxurkən bu zatların necə Fars istemarçılığına xoşxidmətlik etmək üçün sağı soldan ayırd edə bilmədiklərinə tanıq olar. Demək, keçmiş və uzaq keçmiş tarixdəki silsilə və tayfa dövlətlərini „milli dövlət“ deyə „İran milləti“ qələmə almaq insan oğlunun ağlının başında olub olmadığına dayir bir beyin doqturuna baş vurmasını gərəkdirən (lazim görən) bir şərt sayıldığına baxmayaraq düşüncə baxımından Fars istemar amilləri belənçi aldadıcı və avamfərib görüşləri 21. əsirdə dünya ictimaiyyəti qarşısında sərgiləməkdən bilə çəkinməzlər. Göründüyü kimi müəllif dərəbəylərin zaman axarında yaratdıqları impiratorluqlarını „İran milləti“ deyə qələmə alaraq bu görünümü bir bənzərsiz hadisə kimi qabartmağa çalışar. Müəllif Dövlət quruluşu (sāxtār-i dovləti) deyə məsələni ortaya atarkən də tarixdəki olay və hadisələri diqqətdən yayındırar. Bilindiyi kimi İran Məmaliki Məhrusəsinə hakim olmuş Sasanlılar höküməti İslamın gəlməsi ilə yer üzündən silinərək 300 il İran Məmaliki Məhrusəsində Arab xilafəti başlanmış. İslamiyyətdən sonraki bu məmaliki Məhrusəyə hakim kəsilmiş tayfa başları isə özlərini ruhaniyyət vasitəsi ilə islam ümmətinin başcısı deyə topluma sırımışlar. Bu əsasda da Şah və Sultanlar „zillullah (allahın kölgəsi) deyə ruhaniyyət tərəfindən qələmə alınmışlar. Elə bu əsasda da ruhaniyət ilə şahlıq və sultanlıq islam tarixində bir birlərini qollamış və dəstəkləmişlər. Ondan yana da Azərbaycanda hakimiyət qurmuş Səfəvi dərvişlikləri başlarında Şah İsmayil olaraq sünnülük qarşısında şiəlik məquləsinə sığınaraq sonralar Lübnandan ilahiyatçı gətirməyə başlamışlar. Osmanlı və Səfəvi qarşı durmaları milliyət əsasında deyil, yalnız və yalnız sünnülük və Şiəlik davası deyə tarixdə zəbt olmuş. Bu hakimiyətlər dönə dönə ruhani kəsimindən bir birləri əleyhinə fitva verdirərək xalq kitləsini savaş üçün səfərbər etmişlər. Babək Əmir Xusrəvi Farslığın yalan tarixini əsas götürərək yazmış:
"... اما به شهادت تاریخ، همواره از ژرفای تاریکیها؛ در حالی که عزا و ماتم ایران را فراگرفته بوده است؛ فرزندان برخاسته از ایل و قبیلههای گوناگونِ وابسته به اقوام ایرانی و یا اقوام مهاجم ایرانیشده، که در لحظه، تجلی وجدان ملت ایران بودهاند؛ به طورمعجزه آسائی بپا خواسته، بار دیگر تمامیّت ارضی بر باد رفتۀ ایران را دوباره برقرار شده است... با آن که کشور ایران طی سدهها جولانگاه و موطن سامیها، ترکها، مغول و تاتارها و ترکمنها بوده است. ولی این مهاجمان، پس از فرونشستن کشت و کشتارها و پایان ویرانگریها و غارتها، باگذشت زمان و زندگی در این سرزمین، تاثیرگذاری و تاثیرپذیری متقابل در فرهنگ و سنتها و آداب و رسوم یکدیگر، عاقبت رنگ و بوی ایرانی گرفته و ایرانی شدهاند"[xv].
Üstə göründüyü kimi Babək Əmir Xusrəvi Fars istemar təşkilatları tərəfindən dönə dönə vurqulanmış Fars istemarçılığının “topraq bütünlüyü” məsələsini də tarixdən almış bir millət məquləsi deyə sərgiləməyə çalışar. Yeri gəlmişkən bu məsələni açıqlığa qavışdırmaq lazim. Keçmişlərdə bölgəmizdə üç imiratorluq (Osmanlı İmpiratorluğu/ Osmanli Məmaliki Məhrusəsi, Rusiyə Çarlığı/ Rusiyə İmpiratorluğu və Qacar İmpiratorluğu/ Qacar Məmaliki Məhrusəsi) yan yana höküm sürdüklərinə baxmayaraq bu hakimiyyətlərin quruluşunu nəzərə almazsaq, Səfəvilər, Afşar və Qacar impiratorluqları güclü qonşularına qarşın difayi bir durumda yer almağa çalışarkən Osmanlı və Rusiyə İmpiratorluqları dağıldıqları günə dək öz hakimiyyət dayirələrini genişlətmək üçün saldırmanı (həmləni) birinci seçənək (intixab) deyə qələmə almışlar. Demək, Qacar İmpiratorluğu quzey qonşusu Rusiyə Çarlığından zayif olduğu üçün Qafqazdaki Topraqları Türkmənçay və Gülüstan anlaşmalarına əsasən Rusiyə impiratorluğuna bağışlamalı olmuş. Nadir Şah güclü olduğu dönəmdə Hindustana hucum edərkən Osmanlı ilə barışmağa və din düşmənliyinə son qoymağa da çalışmış. Sonra zaman axarında Rusiyə İmpiratorluğu yerini Rusiyə Komunistliyinə və sonra nisbi də olsa dağılmağa məhkum olmuş. Osmanlı İmpiratorluğu da Avrupada milli hərəkətlərin başlanması ilə topraq əldən verərək İnglis və Fəransə birləşik güclərinin caynağında dağılmağa məhkum olmuş. İran Məmaliki Məhrusəsi isə başqa impiratorluqlara qarşın zayif olduğu və keçmişdə difai bir durumda hərəkət etdiyi üçün xarici güclər tərəfindən dağılması deyil, Fars millətçiliyinə təhvil verilməsi məsləhət görülmüş. Bu əsasda Azərbaycandan Qacar diktatorluğu əleyhinə başlamış məşrutə hərəkəti Tehranda sonuç və nəticəyə çatmadan xarici güclər vasitəsi ilə Fars milliyətçiliyinə təhvil verilmiş. Göründünü kimi İran Məmaliki Məhrusəsindəki hakimiyət məsələsi Fars istemarçıları və Fars Mədəniyyət Rasistləri tərəfindən iddea edilmiş “topraq bütünlüyü” məsələsi deyil, güc məsələsi əsasında olmuş. İraniyyət məsələsi isə 19. əsrin sonlarında və 20. əsrin başlaqıcında ortaya atılmış bir nəjadpərəstlik məquləsi sayılar. İraniyyət deyimi ilk olaraq İran dilləri başlığı altında orta atılmasına baxmayaraq bu deyim siyasət açısından Fars nejadpərəstliyi və Fars istemarçılığı inhisarına alınmış bir deyim sayılar[xvi]. Babək Əmir Xusrəvi millət anlayışı üzərə yazmış:
"... ملت ایران در برگیرنده اقوام و اقلیتهای زبانی- فرهنگی متعدّدی است که مولّفههای تشکیل دهنده و اجزایِ جدایی ناپذیر آنند. ایرانیها هرجای کشور باشند، از یک «هویت قومی- تباری» برخوردارند که ریشه در منشا تاریخی مردم شناختی (اتنولوژیک) آنها دارد. هویت قومی به ویژه در زبان یا گویش و فرهنگ آنها بهطور بارزتری تجلّی دارد. از سوی دیگر، اقوام ایرانی از ورای سدهها همزیستی و سرنوشت مشترک، با رشتههای فراوان تاریخی، فرهنگی و عاطفی، به هم پیوند خورده، ملت ایران را به وجود آوردهاند. این پدیده، بیانگر«تعلق ملی» آنها به ملت واحد ایران است. به عبارت دیگر، ملیت همه اقوام ایرانی، یعنی تعلّقشان به یک ملت، ایرانی است... "[xvii].
Üstəki ifadələri Babək Əmir Xusrəvi sərgilərkən özündən utanar utanmaz məsələsi bir yana qalsın, şəyyadlıq etməkdən də geri qalmaz. Bilindiyi kimi “milli mədəniyyət” söz qonusu olduqda hər hanki ölkədəki nizam və intizam milli mədəniyyətə sayqı göstərər. Türk və Arab dil və mədəniyyətlərini Farslıq nizam və intizamına özgə və biganə qələmə alanlar necə bu məmaliki Məhrusədəki toplumları “İran milləti” adı başlığı altında qələmə alarlar?!. Göründüyü kimi bunlar Fars istemarçılığı əsasında şəyyadlıq biçimində davranaraq Fars olmayan xalqları təhmiq etməyə və aldatmağa çalışarlar. Bu davranışların adını da “İran mədəniyyətinin üstünlüyü (bərtəri fərhəng İrani və ğalib şodən an bər aqvam-i muhacim və vəhşi!!)” deyə qələmə alarlar. Fars istermarçıları və mədəniyyət rasistləri qələmə aldığı muhacimlərin və ... qalıqlarından biri də Babək Əmir Xusrəvi ayid olduğu Qacar Tayfaları sayılarmış!!. Rəzalətə baxınız və qəzavət ediniz. İnsan rəzil olduqdan sonra nələr daha etməz və nələr daha öz keçmişinə və əslafına deməz imiş!! Babək Əmir Xusrəvidən genə də oxuyuruq:
"... احساس من این است که طیفی از روشنفکران و سیاسیهای قومگرا، .... ایران را کشور چند ملتی یا «کثیرالمله» مینامند. و یا به جای قوم کلمه ملیت را به کار میبرند و از ملیتهای ساکن سرزمین ایران سخن میگویند! گوئی «ملیت» مرحلهای بینابین قوم و ملت است! حال آن که ملیت، معنایی جز تعلق هر شهروند به یک ملت معین ندارد. لذا به کارگیری آن جز «کثیرالمله» انگاشتن ایران نیست. در واقع این دوستان قوم را که یک مقوله مردم شناسی است با ملت که یک پدیده جامعه شناختی- تاریخی است یکی میگیرند. و قانونمندیهای ویژه ملت را به اقوام تشکیل دهنده آن تعمیم میدهند. به عبارت دیگر، پدیده ملت را به قوم و تبار تقلیل میدهند. حال آن که هر قوم فی نفسه ملت نیست و کمتر ملتی است بر قوم واحد استوار بوده باشد"[xviii].
Üstə göründüyü kimi, Babək Əmir Xusrəvi Fərans/ Frank İmpiratorluğunun (Frankreich) Fıransızlar əlinə keçdiyini və oradaki yerli dil və mədəniyət sahablarının Fransız hakimiyyəti basqısına məruz qaldıqlarını bir milli haq deyə qələmə alaraq İran Məmaliki Məhrusəsindəki Fars olmayan etnosların da Fars istemarçılığına məruz qalmalarını bir milli haq deyə qələmə almış məqamda yer alar[xix]. İnsanda insanlığa layıq anlaq və şuur olmazsa, bir çox şeyləri ayırd etməkdə və təşxis verməkdə bilə çətinlik çəkərmiş. Elə bu əsasda keçmiş 100 ildə bir çox Azərbaycandan olanlar (Əhməd Kəsrəvi, Təqi Ərani, Seyid Həsən Təqizadə, Yahya Züka, Hüseyn Kazimzadə/ İranşəhr, v…) Azərbaycan düşmənlərinə balta sapı olmağa çalışmış və hələ də çalışarlar. Belənçi tiplərin ağılları beyinlərində deyil, gözlərində olduğu üçün nəyin nə olduğunu ayırd etməzkən, mən də Siz etdiyinizə qatılıram deyə davranmağa çalışarlar. Belə bir durumda deyilər:
Onun bunun qoltuğuna ---- gedib qısılıb sığınar
varlığın keçmışın danar --- bu da bir ağrımdı mənim.
hər nəyi olmuş istəyir --- saqqız dək kimliyin çeynir
istemar dilində deyir --- yer də mənim, göy də mənim.
düşünməz öz varlığına --- çəkmə dək geyilər qana
dildaşların özgə sanar --- bu da bir ağrımdı mənim.
Babək Əmir Xusrəvi genə yazmış:
"پیامد «کثیرالملله» تلّقی کردن ایران لازمهاش انطباق اصل«حق ملتها در تعیین سرنوشت خویش» در مورد تک تک این «ملت»ها، پذیرش حق جدائی آنها برای برپایی دولتهای مستقل، به تعداد مدعیان آن است! یعنی گام گذاشتن در زمین لغزانی که دیر یا زود، زمینه را برای پاره پاره شدن ایران فراهم خواهد ساخت"[xx].
Üstə göründüyü kimi Fars istemarçılığı və təmamiyyətçiliyi Babək Əmir Xusrəviləri “İraniyyət” adı altında yaman məsx etmiş məqamda yer alar. Demək, Fars istemarçılığı istemarçı davranışlarından vaz keçməz, oradaki Fars olmayan etniklərə bir arada insanca yaşayabilmək haqı tanımazkən bu milliyətlər İran və İraniyyət tabaqlarını Fars istemarçı quvvələrinin başına çırpdıqda və Fars istemarından qurtardıqda nəyi əldən verəcəklər məsələsi və kimin bu məsələdən narazi olması daha artıq ortadadır. Elə ondan yana da Babək Əmir Xusrəvi kimi tiplərə bilim ocaqları tərəfindən (Fars) Mədəniyyət Rasisti adı verilmiş bir elmi deyim sayılar. Babək Əmir Xusrəvi genə yazmış:
"شاید نیازی نباشد، ولی باز تاکید میکنم که در ایران مناسبات «ملت سلطهگر» که ظاهرا «ملت فارس» ناموجود مد نظر است و «ملتهای زیرسلطه» که از قرار اقوام ساکن ایرانند، وجود نداشته و ندارد"[xxi].
Onda demiş: ağlına kül ələyim!! Çağırıcısı Gülüm olanın, başına külüm olar. Babək Əmir Xusrəvilər dək üzdən ıraq aydını olan bir xalqın Fars isarətinə və rizalətinə tuş gəlməsi qaçınmaz sayılar. Demək, “Fars milləti” və “Farslıq Hakimiyyət sistimi” yoxdursa, nədən “Fars Pəhləvi” və “Fars İslam Cumhuriyəti” hakimiyyətlərində “zəbān-i rəsmi-i milləti İrān Fārsist” deyə Fars olmayan etniklərin dil və mədəniyyətlərinə divan tutular. Bu durum Fars istemar nizam və intizamının bu xalqlara təhmil etdiyi istemarçılıq siyasəti və milli kimlikləri teror etmək və kültür soyqırımına tabi tutmaq məquləsinin izahi sayılar. Babək Əmir Xusrəvi genə yazmış:
"... برای تعمّق بیشتر کسانی که با حسن نیّتی این حرفها را تکرار میکنند، مطالعه دوباره تاریخ، حتی نه چندان دور میهن مان دعوت میکنم: چه حکمتی در این نهفته است که در ۵۰۰ سال گذشته، همه سلسلههای پادشاهی که هر کدام به قوم خاصّی تعلق داشتهاند، هرگز به فکر تشکیل دولت قومی- زبانی خاص خویش نیفتادند و همواره اولین هدفشان تامین وحدت سرتاسری ایران و ایجاد دولت واحد ایران بوده است؟ چه رمزی در این نهفته است که صفویه از اردبیل بپا میخیزد و شاه اسماعیل تا پایش به تبریز میرسد خود را پادشاه ایران میخواند نه آذربایجان؟ و اولین اقداماش جنگ با اُزبکها و ترکهای عثمانی میشود؟"[xxii].
Göründüyü kimi Babək Əmir Xusrəvi keçmişlərin yanlış davranışlarını sıralamaqla xalq ictimaiyyətinin gözünə topraq səpməyə və Fars istemarçılıq hakimiyyətini diqqətlərdən yayındırmağa çalışar. Demək, keçmiş başçıların dil və mədəniyyət bilincindən yoxsul olmaqları vəya öz milli kimlik və mənliklərinin qaydına qalmaq istəmədikləri başqalarını milli mənlik və kimlik açısından anlaqsız və şuursuz saxlayabilməz. Anadolu Salcuqluları da Fars dilini Orta Asiyadan atlarının üzəngisində Anadoluya topraqlarına apararaq orada divan dili etmişdilər. Səlcuqlular hakimiyyəti bəyliklərə bölündükdən sonra Qaraman Bəyliyinin başçısı Məhəmməd Qaraman 1275. il öz bəyliyində Türk dilinin rəsmi olmasını ictimaiyyətə bildirərək sonralar Anadolu topraqlarında qurulmuş Osmanlı İmpiratorluğunun dilinin Türkçə olmasına yol açmış. Demək dil və mədəniyyət məsələsi kimlik bilincinə önəm və əhəmiyyət vermək məsələsidir. Uzağa getmək yaxşı olmaz. Babək Əmir Xusrəvinin sələfi sayılan keçmiş Qacar tayfa başları və şahları da öz millik kimliklərinin bilincində olsaymışlar, bugün İran Məmaliki Məhrusəsinin rəsmi dili Türkçə olarmış. Göründüyü kimi keçmişlərdən yola çıxaraq xalqın boynuna ölüm xələt biçməyə çalışanlar hələ də keçmiş tayfa başları böyüklərinin xətalarından ibrət dərsi almış deyillər. Üstəlik Fars istemarçılığına da xoşxidmətlik edərlər.
"... چگونه است که صفویهی آذری تبار، بدون دودلی، پایتخت خود را از اردبیل به تبریز و از آنجا به قزوین و سرانجام به اصفهان منتقل میکند. و شاه عباس از اصفهان است که نصف جهان میسازد نه از اردبیل یا تبریز؟ و تمام همّ و غم او سرافرازی ملت ایران است نه یک ایالت و قوم خودی؟ رفتار و هنجار قبایل افشار و قاجار نیز کم وبیش، بر همین روال است"[xxiii].
Səfəvilər Fars istemarçıları idea etdikləri kimi Fars kökənli (Azəri təbar) deyil, Türk etnikinə mənsub olmuşlar. O zamanlar Şeyx Səfi əd-Din Ərdəbili ilə qohum olmuş Şeyx Zahidi Gilaninin nəvələri də Səfəvilər ilə qohumluqlarından yola çıxaraq Türkü öyrənmiş və Türkçə əsər yaratmışlar[xxiv]. Azərbaycan Türkünün qara baxtlığından Osmanlı və Səfəvilər arasında Şiəlik və Sünnülük əsasında sürtüşmələr Azərbaycan Türklərini Osmanlı əleyhinə güc oluşdurmaq üçün o zamana dək divan dili olan Farscaya meyil göstərməyə dürtmüş bir tarixi məqam sayılar. Şah Tahmaz (Təhmasb) Şiə və Sünni sürtüşməsini nəzərə alaraq Şiəliyin önəmli əsəri sayılan Ğullat-i Şiə risaləsini Arabcadan Farsça tərcümə etdirməklə Fars dilinə böyük xidməti olmuş. Elə ondan yana da bir çoxları bugün İran dövlətçiliyini Səfəvilərə nisbət verməyə çalışarlar. Şah Tahmazın Farslıq üçün bu ödül və ənamının tərsinə olaraq bugün Fars istemar quvvələri və Fars mədəniyyət rasistləri Azərbaycan Türklərini dil və mədəniyyət baxımından milli terora məruz qoyarlar. Babək Əmir Xusrəvi yazmış:
"تمرکز زدایی در ساختار دولت: .... با این قید که ساختار غیرمتمرکز دولت، همه ایالات را دربر بگیرد و اساسا بر پایه تقسیم بندیهای جا افتاده اداری کشور باشد نه ترکیب قومی آن. زیرا اساسا، تقسیم بندی ساختار اداری کشور ایران برمبنای قومی، با توجه به درهم آمیختگی اقوام در یکدیگر؛ پخش و پراکندگی آنها در سراسر کشور ناشی از مهاجرتها و جا به جائیهای درون کشوری، که به دلایل گوناگون طی قرنها صورت گرفته و جا افتاده است؛ و به ویژه به علت تعریفناپذیر بودن «فارس زبانهای» کشور به مثابه قوم واحد، که از خراسان تا فارس و کرمان و ایالات مرکزی را در برگرفته است، امری ناممکن میباشد"[xxv].
Üstə göründüyü kimi Fars Mədəniyyət Rasisti adlandırdığımız Babək Əmir Xusrəvilər Fars istemarına məruz qalmış toplumların deyil, Fars dillilərin qayğısını çəkməyə və bu arada öz xoşxidmətliklərini Fars istemarına sabit etməyə çalışarlar. Bu əsasda ağa (Fars istemar hakimiyyətləri) da öz xətasını qəbul edər və İran Məmaliki Məhrusəsindəki milli qarşı durma yaranmadan zərərdən yayınmağa çalışarsa, ağacanlar (Fars mədəniyyət rasistləri) bu məsələyə razi olmazlar. Xalq arasında bu doğrultuda bir məsəl var, deyilər: bağ sahabı bağından keçsə də, bağban mivədən keçməz. Bağ sahabı ilə bağban əl ələ verərlərsə, daha allah bağı olmayan və qonşudan pay uman qonşuların (Fars istemarına məruz qalmışların) köməyi olsun, deməliyik. Budur Fars mədəniyyət rasistliyinə tutulmuşların manqurtluq və məsx olmaq hekayətləri.
Qaynaqlar və ətək yazılar:
[i] Babək Əmir Xusrəvi: “Pedəri Bozurgi mā, Mirzā Ali Qacar, māliki berāsti xoşqəlb və nikokār bud...”. Daha artıq bilgi üçün bax.: Zindegināme-i Şəxsi Bābək Əmir Xusrəvi bərāyi Kitābi Nām āvərāni İrān(: http://www.iranliberal.com/Maghaleh-ha/EXtra/ZendeginamehbabakAmirkhosrovi%5B1%5D.htm . Üstə göründüyü kimi Fars istemarçılığına xoşxidmətlik medalyası da Babək Əmir Xusrəvi həyatda olarkən adına yazılmış bulunar. Demək, istemar gücləri milli terora məruz qalmışlara heç də boşuna medalya təslim etməzlər.
[ii] Suheyl (Mana Nistani) təqdim mikonad: Çe konim, ki suskhā suskmān nakonand: http://www.iran-newspaper.com/1385/850222/html/children1.htm#s614994
[iii] Işıq Sönməz, Babək Əmir Xusrəvinin “Məbhəs-i Milli və Bərrəsi İcmali-i An Dar İran” adlı yazısına baxış: http://isiqsonmaz.com/Seite%20302.htm və Işıq Sönməz, Babək Əmir Xusrənin “Məbhəs-i Milli və Bərrəsi İcmali-i An Dar İran” adlı yazısının davamına baxış: http://isiqsonmaz.com/Seite%20303.htm və Işıq Sönməz, “Dövlət-Millət” və Demokrası üzərə yazılmış bəzi görüşlərə baxış: http://isiqsonmaz.com/Seite%20306-2.htm və Işıq Sönməz, Babək Əmir Xusrəvinin “Millət nədir?” və “Fārsi Āzəri” deyə ortaya atdığı Fars nehilistliyi və İstemarçılığı görüşlərinə baxış: http://isiqsonmaz.com/Seite%20307-L.htm
[iv] Babək Əmir Xusrəvi, dirənghāyi dər bāre-i Əqvām-i İrāni və Sāxtār-i Siyasi-i Mətlub, Səhifəyə Āzərābādegān (Pan İranist), 17 Mordad 1385 (2006): http://azarabadgan.blogfa.com/post-70.aspx
[v] Babək Əmir Xusrəvi, Əqvām-i İrāni və sāxtār-i Dövləti-i Āyəndə, 17.11.2012: http://www.iran-emrooz.net/index.php/politic/more/42057/
[vi] Babək Əmir Xusrəvi, bax orada.
[vii] Babək Əmir Xusrəvi, bax orada.
[viii] Babək Əmir Xusrəvi, bax orada.
[ix] Işıq Sönməz, Qondarılmış barış bəyi Kuruş: http://isiqsonmaz.com/Seite%20290.htm
[x] Naser Purpirar: Ariya, Nariya, Məculāt-i Mocəll-I və doruğ dər tarix-I İran: http://www.youtube.com/watch?v=TWYAsG7B0rc&feature=related və http://www.youtube.com/watch?v=QpUBty7OKKE&feature=related
[xi] Babək Əmir Xusrəvi, bax orada.
[xii] Babək Əmir Xusrəvi, bax orada.
[xiii] محمود افشار یزدی، آینده، جلد دوم، تهران، چاپ دوم 1351؛ مسئله ملی و وحدت ملی ایران، صحیفه 562
[xiv] Babək Əmir Xusrəvi, bax orada.
[xv] Babək Əmir Xusrəvi, bax orada.
[xvi] Işıq Sönməz, İran dövləti və İran Dil Qurupu Adının Ortaya Atılması: http://isiqsonmaz.com/Seite269.htm
[xvii] Babək Əmir Xusrəvi, bax orada.
[xviii] Babək Əmir Xusrəvi, bax orada.
[xix] Daha artıq bilgi üçün baxınız: İşıq Sönməz, “Dövlət-Millət” və Demokrası üzərə yazılmış bəzi görüşlərə baxış: Fəransə İmratorluğu və Fəransə dili: http://isiqsonmaz.com/Seite%20306-2.htm
[xx] Babək Əmir Xusrəvi, bax orada.
[xxi] Babək Əmir Xusrəvi, bax orada.
[xxii] Babək Əmir Xusrəvi, bax orada.
[xxiii] Babək Əmir Xusrəvi, bax orada.
[xxiv] Sultan Mahmud ibn-i Sultan Burhan-ad-Din Gilani, Aqayid-i Auliya Səbᶜəh (Türkçə əlyazma kitab) 45 səhifə, KitabXanə-i Astan-i Qods-i Rəzəvi, Vaqif: Nadir Şah.